Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Doğuşda ölən körpənin həkimi: "Səbəbini bilmirik" -SUMQAYITDA

Baxılıb: 3670     Tarix: 06-02-2016 17:25   
Doğuşda ölən körpənin həkimi: "Səbəbini bilmirik"

Ötən gün Sumqayıtda 1 saylı doğum evində doğuş zamanı körpə ölüb. Ananın qohumları anspress-ə zəng vuraraq bu hadisə haqqında məlumat veriblər.
Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Səmədova Samirə xəstəxanaya 3 gün əvvəl daxil olub. Uşağın atası Səmədov Sakit və Samirənin bu, ikinci evliliyidir. Bu, gənc ananın ikinci hamiləliyi olub.
"Sumqayıtda 1 saylı doğum evində doğuş zamanı uşağın hansı səbəbdən öldüyü tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq".
Bunu 1 saylı Sumqayıt şəhər doğum evinin baş həkim Sevda İsgəndərli deyib. Onun sözlərinə görə, uşağın meyiti gecə ikən ekspertizaya göndərilib.


"Uşaq doğuş zamanı ölüb, amma bu ölüm doğuşla bağlı deyil. Biz səbəbin nə olduğunu dəqiq deyə bilmərik, bu patologiya, ürək qüsuru və s. ola bilər. Ona görə səbəb ancaq ekspertizanın verdiyi qərardan sonra bəlli olacaq", - deyə həkim bildirib.

Sevda İsgəndərli iddia edir ki, uşağın öldüyünü biləndən sonra qohumlar etiraz edib, həkimlərə hücum ediblər, ona görə ananı evə aparıblar. "Ananın vəziyyəti yaxşıdır, sadəcə, qohumlar çox aqressiv, davakar olduğundan ananı apardılar. Amma evdə qadın xəstəxananın həkimi tərəfindən nəzarətdədir, lazım gələrsə, stasionar şöbədən də həkim gedəcək".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər