Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda baş katiblə görüş keçirildi - FOTOLAR

Baxılıb: 3537     Tarix: 05-02-2016 19:53   
Sumqayıtda baş katiblə görüş keçirildi

Sumqayitfakt.az
Sumqayıtdan Milli Məclisin deputatı seçilmiş Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Sumqayıtda futbolla məşğul olan komandaların üzvlərinin, idman məktəblərinin nümayəndələrinin, həmçinin futbol məşqçiləri və klub rəhbərləri ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovla görüş keçirilib.

Futbol ictimaiyyəti ilə birgə KİV nümayəndələrinin, Şimal Regional Futbol Federasiyasının, "Sumqayıt” peşəkar futbol klubunun və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinin də iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açıb, iştirakçılara tədbirin məqsəd və qayəsi haqqında məlumat verib.

AFFA-nın baş katibi Elxan Məmmədov son illərdə Azərbaycan futbolunun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafına yeni həyat vermək, kütləviliyini artırmaq məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən xüsusi proqram hazırlanaraq həyata keçirildiyini vurğulayıb.

Maraqlı diskussiya şəraitində keçən görüşdə Elxan Məmmədov idmançıların və KİV nümayəndələrinin şəhərinin futbol infrastrukturlarının mövcud vəziyyəti, illərdən bəri fəaliyyətsiz qalan idman zallarının təmir edilərək futbolçuların ixtiyarına verilməsi, Təhsil, həmçinin Gənclər və İdman Nazirliklərinin nəzdində, ŞRFF-nin və şəhərin futbol klublarında fəaliyyət göstərən mütəxəssislər üçün C və B kateqoriyaları üzrə məşqçi kurslarının Sumqayıt şəhərində keçirilməsi, "Sumqayıt” FK-nın bazasında Şimal regionu üzrə səyyar tədris mərkəzinin yaradılması, ixtisaslaşmış internat tipli məktəblərin nəzdində futbol siniflərinin açılması, özəl klublar, UGİM-lər və dövlət tərəfindən maliyyələşən idman məktəblərinin yeni avadanlıqlarla təminatı, məhəllə futboluna dəstək və s. məsələlərlə bağlı sualları cavablandırıb.
Sonda şəhərin futbol ictimaiyyyətinin nümayəndələri maraqlı və Sumqayıt üçün mühüm əhəmiyyət kəsb edən görüş üçün tədbirin təşəbbüskarlarına dərin minnətdarlıqlarını ifadə ediblər.xeberle.com

Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi
Sumqayıtda baş katiblə görüş keçirildi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər