Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

"Həmsədrlər beynəlxalq hüquqa hörmət etmirlər" - Asim Mollazadə

Baxılıb: 3581     Tarix: 01-02-2016 18:12   

"Həmsədrlər beynəlxalq hüquqa hörmət etmirlər"
Sumqayıtfakt.az

Bir müddət öncə AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirəyə çıxarılan iki məruzədən biri - Sərsəng Su Anbarı ilə bağlı qətnamə qəbul olunsa da, Robert Valterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı layihə təsdiqini tapmadı.

Bu, Azərbaycan ictimaiyyətində geniş narazılıq doğurdu.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Azərbaycanın maraqlarına zidd adılan addımla bağlı açıqlama verib.Sumqayıtfakt.az açıqlamanın bir hissəsini təqdim edir:

"Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini monopoliyaya alıb və heç bir təşkilatın bu işlə məşğul olmasını istəmir. Həmsədrlər turist səfərlərini davam etdirmək istəyirlər. Özləri beynəlxalq hüquqa hörmət etmirlər və başqalarına da imkan vermirlər. Minsk Qrupundakı ölkələrin hər birinin münaqişə ilə bağlı öz siyasi marağı var.

Belə görünür ki, onların hər biri münaqişənin həllində maraqlı deyirlər və dondurulmuş vəziyyətdə qalmasını istəyirlər. Yəqin, ABŞ və Fransa Rusiya kimi Ermənistanın yaxın müttəfiqidirlər, ya da onlar erməni lobbisinin təzyiqləri altında geri çəkilirlər. Ona görə də, münaqişə həll olunmur. Hesab edirik ki, münaqişə ATƏT-in təməl sənədləri əsasında, hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.

Lakin təcavüzkara hüquqi qiymət verilmədiyinə görə, ona qarşı hansısa sanksiya tətbiq edilmədiyinə görə məsələ uzanır. Necə olur ki, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, amma Azərbaycanın ərazisini işğal edən, bölgədə hümanitar fəlakət yaradan Ermənistana qaşın üstündə gözün var deyən yoxdur. Biz Ermənistanı sülhə məcbur edən heç bir cəhdin şahidi deyilik"
.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər