Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Zakir Həsənov : "Düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək"

Baxılıb: 2589     Tarix: 28-01-2016 18:37   
Müdafiə naziri komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb

Zakir Həsənov


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.


Sumqayitfakt.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib.
Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb.
Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib.
"Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcəkdir. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcəkdir. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir", - deyə Müdafiə naziri əlavə edib.
Sonda general-polkovnik Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Zakir Həsənov


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər