Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Ukraynada azərbaycanlı iş adamını öldürən şəxsə 13 il iş verilib , qətldə adı hallanan ermənilər isə cəzasız qalıb

Baxılıb: 2547     Tarix: 07-03-2016 11:58   
Ukraynada azərbaycanlı iş adamını öldürən şəxsə 13 il iş verilib


Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı məhkəmə yekunlaşıb.

V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, əvvəlki proseslərin birində zaminə buraxılan Rostislav Brinski qətldə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

İ. Nuruşov onu da bildirib ki, istintaq zamanı qətldə sifarişçi və iştirakçı kimi adı hallanan erməni iş adamı, istefada olan general Anton Luqasyan və onun qohumu Narok Ovanesyan isə cəzasız qalıb.

Xersonda yaşayan azərbaycanlıların bundan narazı qaldıqlarını bildirən İ. Nuruşov deyib ki, buna səbəb erməni lobbisinin Ukraynada güclü olması, məhkəməyə təzyiqlər edilməsidir: “Brinski özü də həbsxanadan bizə ismarıc göndərib ki, ona təzyiqlər olub, ona görə qətli üzərinə götürüb. Qətldə əli olan ermənilərin toxunulmaz qalmaları biz azərbaycanlılar üçün ciddi təhlükə yaradır”.

Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti 2015-ci il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.

Ötən il avqustun 17-də isə vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu və İlham Məmmədov saxlanılıb.

Yaxınları onun da qətlinin sifarişçisinin A. Luqasyan olduğunu iddia edirlər.

Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər