Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq

Baxılıb: 2568     Tarix: 15-12-2016 15:29   
Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq. Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Toya bir gün qalmış” (Ə. Səmədli) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Aydan Həsənova, Fərid Rzayev, Rauf Babayev, Əmrah Dadaşov, Güldanə Əzimova, Zarina Qurbanova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq


Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.

Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər