Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib -FOTOLAR

Baxılıb: 2644     Tarix: 09-09-2016 18:53   
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib


Bu gün Şirvan Regional QHT Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

Təlimə Şirvan şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi qatılıb.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə region QHT-si üçün subdomenli saytlar yaradılıb.

Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.

Xatırladaq ki, www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır. Layihə çərçivəsində elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı ilə bağlı Bakı şəhərində təlimlər keçirilib

Sumqayitfakt.Az

Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər