Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Kim Çen İnin yanındakı sirli qadın kimdir? – Dünya mediası qara çantalı xanımın izində + ŞƏKİLLƏR

Baxılıb: 568     Tarix: 15-09-2022 16:40   
Kim Çen İnin yanındakı sirli qadın kimdir? – Dünya mediası qara çantalı xanımın izində + FOTOLAR
Şimali Koreya lideri Kim Çen İnin yanında tez-tez görünən “sirli qadın”ın kimliyi maraq doğurub.
 

Sözügedən qadın tez-tez , sadə tünd kostyum, eynək və qara çantası ilə ölkə başçısının yanında  görüntülənib. Keçən həftə o, Kim ilə böyük bir açıq hava konsertində olub. Şimali Koreya liderinin heç vaxt nüvə silahından əl çəkməyəcəyini açıqladığı parlamentdəki çıxışı zamanı isə o, qovluğu daşıyan şəxs kimi kadrlarda əks olunub.

“The Guardian” qəzeti vurğulayıb ki, rəsmi televiziya, xəbər agentliyi və qəzetlərdən başqa media qurumlarının olmadığı Şimali Koreyada Pxenyan rəhbərliyi yayılan hər bir foto və ya video görüntüyə nəzarət edir. “Əsrarəngiz qadın” isə aylardır dünyaya təqdim edilən görüntü və fotoşəkillərdə bəzən Kim Çen İnin yanında, bəzən də arxa planda olub.
 
ABŞ-ın “NK News” saytı isə son 7 aydır, ilk dəfə fevral ayında ortaya çıxan “sirli qadın”ı izləyib. Saytın məlumatına görə, sözügedən qadının çantasında böyük ehtimalla Kim Çen İnin telefonu, siqareti və ya dərmanları ola bilər. 30-40 yaşları arasında görünən qadının Kimin hazırda 38 yaşında olan iki ögey bacısından biri olduğu təxmin edilib.

Qeyd olunub ki, 1970-ci illərdə Şimali Koreya liderinin ailəsində anadan olan Kim Sol Sonq və Kim Çun Sonq adlı ən azı iki ögey bacısı olduğu bilinir. “NK News”a görə, Kimin onunla birlikdə görünən yeni köməkçisi böyük ögey bacısı Kim Sol Sonqdur:
 
“Kiçik ögey bacısı Kim Çun Sonq haqqında isə az şey məlumdur. Ümumiyyətlə, Kim sülaləsi Şimali Koreyanı 1948-ci ildən bəri idarə edir. “Əbədi lider” Kim İl Sen Şimali Koreyanın qurucu lideri və Kimin babasıdır. Kimin 1994-cü ildə hakimiyyətə gələn atası Kim Çen İr 2011-ci ildə ürək tutmasından vəfat edib”.

Qeyd edək ki, Şimali Koreyanı hələ 27 yaşında idarə etməyə başlayan Kim Çen In babası və atasından fərqli olaraq bir neçə qadını rəsmi və ya qeyri-rəsmi vəzifələrə təyin edib. Onun 34 yaşlı bacısı Kim Yo Jonq son illərdə Şimali Koreya və dünya mediasının diqqət mərkəzində olub. Ölkənin 74 illik tarixinin ən mühüm və güclü qadın siması olan Kim Yo Conqu Şimali Koreyanın “İvanka Trampı” da adlandırıblar. O, qardaşının sirdaşı və atasının şahzadəsi kimi təsvir edilib. Kim Yo Conqun ilk dəfə beynəlxalq medianın qarşısına çıxdığı tarix 2018-ci ilin fevralıdır. O, Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında qardaşını təmsil edərək iştirak edib və jurnalistlərin verdiyi heç bir suala cavab verməyib.sfera.az

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər