Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanın kəşfiyyat və döyüş PUA-ları -ŞƏKİL

Baxılıb: 464     Tarix: 06-09-2022 15:33   
Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində kəşfiyyat və döyüş pilotsuz uçuş aparatlarını (PUA) təqdim edib.
Sərgidə "Turaz" PUA nümayiş etdirilib. Bu aparat həm quru, həm də dəniz üzərində hərəkət etmək iqtidarındadır. Onun uçuşu üçün müvafiq infrastruktur tələb olunmur. PUA üç kilometr yüksəklikdə kəşfiyyat əməliyytaları keçirə bilir, uçuş sürəti 110 kilometr/saat, uçuş müddəti 2-3 saat təşkil edir.
"Zərbə" PUA həm kəşfiyyat apara, həm də zərbələr endirə bilər. PUA-nın səmərəli funksiya radiusu 10-15 kilometr, döyüş başlıqlarının çəkisi 2,5 kiloqram təşkil edir. Aparatın uçuş sürəti 200 kilometr/saata çata bilər.
Sərgidə, həmçinin "Tilt Rotor" pilotsuz uçuş aparatı təqdim olunub. O, həm təchizat, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilir. "Tilt Rotor" istənilən səth üzərində uçuş-enişi yerinə yetirə bilər.
Digər təqdim olunan yerli istehsal PUA olan "Ovçu" havadan minalarla zərbələr endirmək üçün nəzərdə tutulub. Aparat bir dəfəyə 7 kiloqram çəkidə dörd mina daşımaq iqtidarındadır. Həmçinin, PUA radiodalğaları qarşısına ala bilir ki, bu da onun düşmən tərəfindən müəyyən olunmasına maneə törədir. PUA-nın uçuş sürəti 70-80 kilometr/saat, uçuş məsafəsi 20 kilometr təşkil edir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər