Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Səlim Müslümov məhkəmədə bunları dedi: "Səhlənkarlıq etmişəm, amma..."

Baxılıb: 484     Tarix: 05-09-2022 16:59   
Səlim Müslümov məhkəmədə bunları dedi:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
 
Sumqayitfakt.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı başa çatıb.
 
Məhkəmə Səlim Müslümova sərbəst ifadə verməyi təklif edib. Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bildiyini desə də, israf etməklə bağlı hissə ilə razı olmadığını bildirib.
 
Sabiq nazir bildirib ki, dəymiş ziyanın israfetmə kimi hesablanmış ödənilməmiş 7 milyon manat hissəsi onun günahı deyil. O, həmin məbləği tenderlərdə qalib gələn şirkətlərin israf etdiyini qeyd edib: "Mən nazir kimi səhlənkarlıq etmişəm, amma işlərin görülməsi zamanı tenderlərdə qalib gələn şirkətlər də üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər".
 
Səlim Müslümov hazırkı mərhələdə sərbəst ifadə vermək istəməyib.
Proses sentyabrın 12-də davam etdiriləcək.
 
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
 
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
 
Ümumilikdə Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.(APA)

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər