Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu adlı layihənin icrasına başlanılıb

Baxılıb: 4123     Tarix: 02-09-2022 17:25   







Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən Manevr.az-a bildirilib ki, 2 ay müddətinə icra olunacaq layihə çərçivəsində azərbaycançılıq ideyasının bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olmaqla, xalqın milli ruhuna, ədəbiyyatına, dilinə, adət-ənənəsinə, vətənpərvərlik duyğularına təsirləri, Türk dünyasının birliyinə töhfələri araşdırılacaq. Layihənin əsas məqsədi Dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V qurultayında qaldırılan taleyüklü məsələlər timsalında azərbaycanlıların, ümumən türklərin ölkəmizdə və eləcə də dünyada milli birlik, mədəniyyət, vətənpərvərlik sahəsində fəaliyyətlərinə nəzərən Türk dünyası ədəbiyyatının, mədəniyyətinin təbliği, milli maraqlarımızın qorunması istiqamətində dövlətimizin apardığı  davamlı və sistemli siyasətin həyata keçirilməsində ictimai birlik olaraq iştirak etməkdir. Layihə üzrə nəzərdə tutulan işlər Bakı şəhərində həyata keçiriləcəkdir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin aktulallığı və ictimai əhəmiyyəti barədə bildirib ki, azərbaycançılıq ideyasının həyatda gerçək nəticələri Dünya azərbaycanlılarının ilk qurultayından başlamış, 2022-ci ildə Şuşa şəhərində keçirilən Zəfər Qurultayında böyük çoşqu ilə qeyd edilmişdir. Azərbaycançılıq ideyasının  daimi aktual olan tələbi ondan ibarətdir ki, hər bir azərbaycanlının ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən ədəbi-mədəni nümunələrimizin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə bu gün də ehtiyac vardır. Azərbaycan, istərsə də bütün Türk dünyasının birliyi istiqamətində görülən böyük miqyaslı işlərin, ədəbiyyata, mədəniyyətə qayğısının gənc nəslə, ümumən ictimaiyyətə çatdırılması daim aktual olan ictimai təlabatdır. Bu mənada, layihə Azərbaycan xalqının və Türk dünyasının birliyində, ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan Azərbaycançılıq ideyasının xalqımızın şüurunda, həmrəyliyində, ədəbi düşüncəsində möhkəm yer tutması, dövlət ideologiyasına çevrilməsi prosesinin öyrənilməsi, araşdırılması və ədəbiyyat vasitəsilə təbliği  məsələlərinə həsr olunmuşdur. 
Məlum olduğu kimi Türk dünyası ədəbiyyatında Azərbaycana, Qarabağa, eləcə də türkçülüyə, xalqlarımızın qardaşlığına, milli-mənəvi dəyərlərinə xeyli əsərlər yazılmışdır. Bu layihə çərçivəsində o əsərlərin də ortaq ədəbiyyatımızın nümunələri kimi toplayaraq “Türk Dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr etməyi və təqdimat mərasimi keçirməyi nəzərdə tutmuşuq. Antologiyanın təqdimatı vasitəsi ilə yazarlarla oxucular arasında faydalı tanıtım səpkili əməkdaşlıq qurulacaq, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələrinin təbliği işi sistemli xarakter almış olacaq. Nəticə olaraq müasir yazarlara, kitabxana və elmi dairələrə maarifləndirici təbliğat məqsədi ilə azərbaycançılıq, türkçülük, mlli həmrəylik mövzusunda 1 kitabda toplanmış baza xarakterli seçmə şeirlər təqdim ediləcək.


“Türk Dünyası İnfo”


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər