Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Ağsu rayonunda xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 4152     Tarix: 26-08-2022 08:35   

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsu rayon Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı məlumat verib

Tədbir, Mirvarid Dilbazinin 85 illik yubiley tədbirindən Ulu Öndər Heydər Əliyevin və xalq şairi Mirvarid Dilbazinin çıxışlarından hazırlanmış videorolik ilə başladı.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açaraq,  Mirvarid Dilbazinin həyat və yaradıcılığndan danışdı.

Daha sonra qonaqlardan İctimai Birliyin sədr-müşaviri Vüsal Sehranoğlu, Mirvarid Dilbazi Poeziya Məclisinin poeziya şöbəsinin rəhbəri, şair Südabə İrəvanlı, Mirvarid Dilbazi Poeziya Məclisi və Nur Ocağının üzvü, şair Səringül Sadə, şair Zaur Naqani, şair Yusif Duman, Mirvarid Dilbazi Poeziya Məclisinin Ağsu rayon təmsilçisi şair Minirə Dadaşqızı, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, şair Mərziyə Sarvan, Mirvarid Dilbazi Poeziya Məclisinin Kürdəmir rayon təmsilçisi, şair Yadigar Təvəkgül, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri Arzu Əliyeva, Hənifə Şəbnəm, Ağsu rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əmrah Məmmədov, Ağsu rayon Mədəniyyət Mərkəzinin icraçı direktoru Elçin Novruzov, Ağsu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar məsələlər üzrə şöbənin müdir müavini Kənan Tacızadə çıxış edərək xalq şairi Mirvarid Dilbazinin yaradıcılığından söhbət açıb, şeirlər səsləndirdilər. Bildirdilər ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir.
Tədbirdə Səma rəqs qrupu Mirvarid Dilbazinin şeirlərinə bəstələnmiş musiqələrə rəqslər nümayiş etdirdilər. Müğənnilərdən Əzizağa Əzizov, Gülnarə Bəndəliyeva Mirvarid Dilbazinin şeirlərinə bəstələnmiş ifalar etdilər. Aşıqlardan Amil Dadaşov, Rafiz Məmmədov Mirvarid Dilbazinin sözlərinə aşıq havaları səsləndirdilər.

Sumqayitfakt.Az






























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər