Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Emin Piri - "Şəxsi həyatdakı yanğınlar"

Baxılıb: 4108     Tarix: 15-08-2022 23:37   
Emin Piri

AYB-nin üzvü şair Emin piri yazır..

Sumqayitfakt.Az yazını təqdim edir..

Şəxsi həyatdakı yanğınlar

Təsəvvür edin, döyüş növbətçiliyi vaxtı növbədə olan əsgər sevişməylə məşğuldu və düşmənin hər hansı fəaliyyətini gözləməkdən çox "hoqqa vermək"lə məşğuldu.
Təsəvvür edin, məktəbə gedirsiniz, valideyn kimi görüşüb övladınızla bağlı sözünüzü deməlisiniz, deyirlər, gözləyin, müəllim məktəb otağında eşqbazlıqla məşğuldu.
Təsəvvür edin, yaxınınız təcili əməliyyat olmalıdı, deyirlər, əməliyyat masası "zanit"di, həkim "sevgi notları" bəstələyir.
Təsəvvür edin, eviniz yanır, deyirlər, gözləyin yanğın söndürənlər ofisdə hələ öz yanğınlarını söndürür.
Bu siyahını çox uzatmaq olar. Yüzlərlə.
Şəxsi həyat toxunulmazdır. Şəxsi həyatını şəxsinə aid və izn verilən yerlərdə yaşayırsansa...
Dövlətin sənə etibar etdiyi yerlərdə vəzifəndən istifadə etmirsənsə.
Formana hörmət etməlisən. Vəzifənə də. O vəzifənin sənə verdiyi etibarı da qorumalısan. Şəxsi həyat ayrıdı, etibarı otaqlarda sevgi adıyla satmaq ayrı.
Yenə şəxsi həyat deyəssinizsə, öncəki "təsəvvür edinləri" oxuyun...
Kimsə qisas alır, şantaj edirsə, bu qeyd edilənlərdən sonrakı, ayrı prosesdi.
Dövlət işində iş vaxtı film çəkməyi toxunulmaz adlandıran "uğurlu xanım"ların müdafiəsi də ayrı sual-cavabdır.
Heç birimizi leylək gətirməyib, nə də heç birimiz bundan sığortalanmamışıq. Amma baxır leyləyi kim harda çağırır. Məsələ budur. Hə, onda müdafiə etməyə dəyər və bu şəxsi iş olar.
Şantajın da, belə qisasın da öz cəzası olmalıdır,dövlətin etibar etdiyi kreslonu belə xərcləməyin də...

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər