Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 4103     Tarix: 14-08-2022 14:27   


Qubadakı “Azərkitab” kitab mərkəzində görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, görüşü giriş sözüylə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, şair Ramiz Qusarçaylı açmış, o, Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında çıxış etmiş, onun həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Quzey Kıbrıs Cümhuriyyətinin Dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir.


AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, şair Şahin Fazil çıxış edərək bildirmişdir ki, o, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku", "Bakı" axşam qəzetlərində, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanımış və bu günə kimi 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunmasından və əldə etdiyi ədəbi nailiyyətlərindən qürur hissi keçirmişdir. 


Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev öz çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs etmişdir.  
ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva öz çıxışında belə görüşlərin əhəmiyyətini xüsusi olaraq qeyd etmiş və Əmir Pəhləvana filialının tələbələriylə də görüşünün təşkil edilməsi ilə bağlı təklif etmişdir. 


Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ceyhun Ağabəyov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu, eləcə də qubalı, qusarlı və xaçmazlı şair və yazıçılardan Mövlud Ağamməd, Sərvinaz Sərvər, Telman Təravət, Cavanşir, Sabir Nemətov, Nəzər Mirzəyev, Pənah Elqəm, Güləli Bağban, Gülnaz Qubalı, Asvar Tufandağlı, yerli ziyalılar adından Yaqub Kərimov, Xanbikə Səlimova və başqaları çıxış edərək Əmir Pəhləvana suallar ünvanlamış və şeirlərini oxumuşlar.
Görüşün sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmış, yaradıcılıq planları barədə danışmış və maraqlı görüş üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Sumqayitfak.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər