Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Ağalı sakini olan qadının ölüm səbəbi məlum oldu

Baxılıb: 566     Tarix: 25-07-2022 15:19   

Ötən gün sosial şəbəkələrdə Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndinə köçən Kübarə Sultanovanın ölüm xəbəri yayılıb. K.Sultanovanın gah sevincdən ürəyinin partlaldığı, gah da həkimin gec gəlməsi nəticəsində dünyasını dəyişdiyi iddia edilib.

Sumqayitfakt.Az
-ın məlumatına görə, mərhumənin oğlu Valeh İsmayilov "Report”a açıqlamasında hadisənin necə baş verdiyinə aydınlıq gətirib.

O bildirib ki, anası xeyli müddətdir dağınıq skleroz və onkoloji xəstəliklərdən əziyyət çəkirmiş:

"Anam birinci qrup əlil və yataq xəstəsi idi. Köçürülmə ərəfəsində bizə tibbi müayinədən keçmək üçün zəng etmişdilər, amma mən anamı aparmaqdan imtina etdim.

Sonra iyulun 21-i Ağalıya köçdük. İki gün vəziyyəti yaxşı idi. Kəndinə qayıtdığına görə sevinirdi. Növbəti gün temperaturu yüksəldi, vəziyyəti pisləşdi. Ağalı kəndində fəaliyyət göstərən tibb məntəqəsindən həkim çağırdıq, gəlib müayinə etdilər. Nə qədər iynə dərman edildisə də, anamın həyatını xilas etmək mümkün olmadı”.

V.İsmayilov anasının vəziyyəti pisləşdiyi zaman həkimin gəlməməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib: "Anam vəfat edəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən zəng etmişdilər, nümayəndələri də gəlmişdi. Tanışlarım, dostlarım yazıb vəziyyətin necə olmasın maraqlanırlar. Təəssüf edirəm ki, dəqiq olmayan məlumatlar yayılır. Bunu yazanlar zəng edib dəqiqləşdirə bilərdilər. Anamın nə sevincdən ürəyi partlayıb, nə də həkimin gəlməmisi söhbəti olub. Hamısı yalandı”.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsi Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "report”a bildirib ki, Ağalı sakini Kübarə Sultanovanın vəfatı ilə bağlı məlumat alan kimi mərhumun ailə üzvləri ilə əlaqə saxlayıblar: "Kübarə Sultanovanın oğlu Valeh İsmayilov bizə bildirdi ki, anası ağır xəstə olub və bunun nəticəsində dünyasını dəyişib. Mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına dərin hüznlə başsağlığı veririk".



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər