Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edildi

Baxılıb: 460     Tarix: 25-07-2022 13:45   
Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edildi
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Sumqayitfakt.Az
-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son sözlə çıxış edib.Vilyam Hacıyev bildirib ki, istintaq zamanı, məhkəmə dövründə ona qarşı verilən ittihamlar təsdiqini tapmayıb. Dövlətə və dövlətçiliyə xidmət etdiyini qeyd edən Vilyam Hacıyev xidmətlərini sadalayıb. O, sonda məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.
 
Məhkəmə hökm elan etmək üçün müşavirəyə yollanıb.
 
Müşavirədən sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, prokuror çıxışında Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər