Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

“Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri” mövzusunda konfrans keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 4130     Tarix: 23-07-2022 22:21   

"Ziyalı Ocağı" İctimai Birliyinin xətti ilə “Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri” mövzusunda konfrans keçirildi.

Sumqayitfakt.Az xəbər verir ki, konfrans Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə ulu öndər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub.

Tədbir torpaqlarımız uğrunda canından keçən Vətən qəhrəmanlarının-Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.
Konfransı giriş sözü ilə "Ziyalı Ocağı" İctimai Birliyinin sədri İlahə Əliyeva açdı.


O bildirdi ki, “bildiyimiz kimi, bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti, cənab Şavkat Mirziyayevin dəvəti ilə qardaş və dost Özbəkistanda oldu və burada keçirdiyi görüşlər çərçivəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələrin yaradılması, milli-mənəvi dəyərlərin təbliği istiqamə¬tində öz tövsiyələrini verdi.
Məlumat üçün bildirək ki, “Ziyalı Ocağı” İctimai Birliyi ənənəvi olaraq dünyanın müxtəlif coğrafi məkanlarında yaşayan və çalışan elm, sənət adamlarının görüşünü keçirir. Onların iştirakı ilə milli-mənəvi dəyərlərin ictimai müzakirəsini aparılır, xalqlar arasında dostluq-qardaşlıq əlaqələri qurulur. Bir müddət bundan öncə 18 nəfərdən ibarət alim nümayəndə heyyəti -Özbəkistanın müxtəlif elm və sənət ocaqlarında çalışan ziyalılar Bakıda səfərdə oldular və xoş təəssüratlarla geri döndülər.
“Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavini, İsrafil Hüseynov geniş məruzə ilə Türk Dünyası ölkələri arasındakı əlaqələrdən danışaraq, çıxışını Azərbaycan və Özbəkistan mədəni əlaqələri arasında qurdu. İsrafil Hüseynov bildirdi ki, tarixi qədim, kökü dərinlərə dayanan xalqlarımızın bu günkü və sabahkı milli və mənəvi əlaqələrin daha da genişlənməsi üçün çalışmalıyıq.
Çıxış üçün söz alan Fərqanə Politexnik İnstitutunun birinci prorektoru, professor Mirzohid Botirov bildirdi ki, bu qəbildən olan tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Tərəfimizdən bəyəniləndir. Xalqlarımız arasında bu dostluğun gücü sarsılmazdır.
Özbəkistan Prezidenti Adminstrasiyasının nəzdindəki Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Təlimçisi Dilnoza Azizova Azərbaycan və Özbək xalqlarının dostluğundan bəhs etdi və eyni zamanda hər iki xalqın musiqisindən canlı olaraq mahnıları ifa etdi.
Konfrans işini bitirdikdən sonra Türk Dünyası Şairlərinin bir arada birləşdiyi “Buta” almanaxının 6-cı sayının təqdimatı mərasimi keçirildi.

Təqdimat mərasimində iştirak edən qardaş müasir özbək şairləri, professor Mirzohid Botirov, Fərqanə Politexnik Universitetinin müəllimi Dilşadjon Ehsanov, Fərqanə Politexnik Universitetinin müəllimi Gülnoza Əkbərova, Fərqanə şəhər 13 saylı orta məktəbin müəllimi Habiba Pazilova, Mərhəmət rayon 43 saylı ümumtəhsil məktəbinin təlim və tərbiyə işləri üzrə müavini Havasxon Qamçiyeva, Daşkənd MFİ-nin “Xatın Kızlar” fəalı Şaira Dövlətova, Turan ədibləri kanalının qurucusu Mukimjon Nurbuvoyev, “Oxu” Klubunun prezidenti Zilolabanu Xolikova, habelə Tacikistanda yaşayan özbəklərdən hüquqşünas Şahnoza Calilova, cərrah Mansur Erkin və başqaları iştirak edirdi. Çıxışçılar iki xalq arasındakı tarixi genetik bağlardan danışdılar və şeirlər səsləndirdilər.
Təqdimatda Azərbaycanlı şairlərdən Hacı İsrafil Hüseynov, Əzizə Ağahüseynqızı, Qəzənfər Məsimoğlu, Qazi İmaməddin Səlimov, Mirzəkişi Sabah, Vüsal Ağa və başqaları çıxış edirdilər. Bədii qiraətçi Məlahət Fərəcova və başqaları Azərbaycan şairlərinin şeirlərini səsləndirdilər.
Tədbirdə “Dünya və Ana” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Leyla da iştirak edirdi.

İslam Mahmudov

Sumqayitfakt.Az
Şəkillər: Vüsal Ağa
















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər