Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Dilimizin Şuşası - könlümüzün şüşəsi

Baxılıb: 393     Tarix: 18-07-2022 20:37   


Günlərin rəngi olur: ağ günlər, qara günlər, boz günlər, rəngli günlər. Ağ ilə başlayıb qara ilə bitən rəngləri sadalayanda  ilk yada düşən ağ, qırmızı, qara olur.  Qırmızıda bir gözyoruculuq var, qışqıran rəngdir, qan rəngidir. Bəlkə də, ona görə məhz xalq dilində “Səni görüm qırmızı günlü olasan,- yox, -“səni görüm ağ günlü olasan” deyilir alqışlarımızda. Ağ rəng  rənglərin şahıdır: dərin, sakit...
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində keçirdiyimiz hər bir anın rəngini təsvir etməyə söz aciz qalır. O günlər  Şuşa ilə rənglənmişdi. Bütün gözəlliyi, möhtəşəmliyi, müqəddəsliyi ilə elə Şuşa rəngdə idi. Əgər duyğuların şəklini çəkə bilən olsaydı, hamının  ruhunun rəngi bir idi- Şuşa rəngli... Dilimizin Şuşası- könlümüzün şüşəsi!
Şuşanın da taleyində ağ günlər, qara günlər, elə həm də qanlı günlər çox olub, bəlkə də bütün şəhərlərdən daha çox.
 Şuşa tək təbiəti, gözəlliyi ilə deyil Azərbaycanın konservatoriyası kimi bir zamanlar  şöhrətli şəhər olub. Ağ günlü olub Şuşa.
 Əsir düşdü , işğal olundu, talandı, qara günləri başladı Şuşanın. Zaman üçün uzun olmasa da, bir şəhərin işğalda qalması üçün çox uzundur otuz il. Şuşa otuz il inlədi düşmən tapdağında.
 Və yenə dikəldi, qalxdı, ayağa durdu, qurtuldu. Bütün dünyaya səs saldı öz möhtəşəm, unikal Zəfəri ilə. Tək Azərbaycanda deyil, bütün dünyada şöhrətləndi Şuşa. Bu, Şuşanın taleyidir- təzadlı taleyi...
Hər qarışında qəhrəman oğullarımızın qanı var. Ölkəmizin elə regionu yoxdur ki, oradan oğullar Şuşa və digər işğalda olan torpaqlarımız uğrunda şəhid verməsin. Vətən şəhidlərimizin ruhunun məskənidir Şuşa.  Elə ailə tapılmaz ki, öz ailəsindən olmasa da, qohumu, tanışı olan ailələrdən ya qazi, ya qəhrəman olan oğullar olmasın. 
Qədim Çində üzərində tanrı Ariya Beronun təsviri olan dəyirmi güzgü düzəldilibmiş. Güzgünün bir üzü cilalanmış, o biri üzündə isə arxasını çevirib oturmuş çoxəlli allahın qabarıq təsviri var imiş.  Tanrının öndən necə göründüyünü bilmək istəyən güzgünü çevirməli olurmuş. ...Və özünü görürmüş.

İnsanların taleyi olduğu kimi şəhərlərin də taleyi olur. 
Mənə elə gəlir ki, Azərbaycanda  hər kəs özünü elə Şuşalı hesab edir.
Şuşanın taleyi ilə Vaqifin taleyində oxşarlıq var. Vaqif də təkcə şair yox, həm də dövlət xadimi olub. Şöhrətin yüksək məqamını yaşayıb.
Bir dahi kəlamı var. ”Krallar müəyyən dövr ərzində insanları öz arxasınca apardığı halda sənətkarlar əsrlər boyu insanları öz arxasınca aparır”. Vaqifdə məmur ömrü və sənətkar ömrü bir arada olub. Ömrünün ağ günlərini yaşayıb.  Sonra zindan... Qara günlər...  Edam - oğlunun və özünün edamı ilə bitib məmur ömrü Vaqifin. Sənətkar ömrü davam edib daha möhtəşəm şəkildə.
 Dövran dəyişir, zaman dəyişir, Vaqif isə durub öz yerində. Quruluşlar burulğanı batıra bilməyib Vaqifi.  
 Biz şair Vaqifin hüzurundaydıq.


ŞUŞA

Bir dünya həsrətdir, bir ürək vüsal,
Həyatdır –söz ilə ifadəsi yox.
Özüdür, gözüdür Qarabağımın,
Dosta fəxarətdir, yad gözünə ox.

Biz necə yaşadıq bu otuz ildə,
Necə nəfəs aldıq Şuşasız necə?
Zülmün zərdabını əmdikcə Şuşa
Asıldı zülmətdən hər yorğun gecə.

Əldən qurtarılmış qız kimi indi
Seyrəlir ruhundan çəkdiyi acı,
Sınıxıb çiçəklər, əzgindir hələ
Qan ilə sulanan kolu, ağacı.

Igid oğulları könlünü aldı,
Indi Zəfərindən dünya danışır.
Dik tutub başını, durub yüksəkdə
Doğma Şuşamıza zəfər yaraşır.


Xatirə Fərəcli




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər