Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Mərziyə Sarvan - "Sən heç vaxt ölməmisən, ay şəhid balam Rüfət"

Baxılıb: 4168     Tarix: 10-07-2022 15:37   

Mərziyə Sarvan (Eyyubova) şəhid Əlifov Rüfət Seyhun oğlu haqqında xatirələrini bölüşüb. Şəhidimizin ruhuna şeir ithaf edib.

Sumqayitfakt.Az şeiri təqdim edir.

Rüfət haqqında xatirələrim.

Rüfət deyəndə istər-istəməz üzümdə bir təbəssüm yaranır. Elə hiss edirem ki, onun dəniz kimi, hər zaman gülümsəyən gözlərinə baxıram. Rüfətin o gözəl, yaddaşlara həkk olunan siması gözlərimin önündə canlandıqca onun bu dünyada olmadığına, bizləri əbədi tərk edib getdiyinə inana bilmirem. Mən nə qədər sağam, bu dünyada yaşayıramsa, nə vaxta kimi nəfəs alıramsa Rüfət də hər zaman mənimlə olacaq, mənimlə birlikdə qəlbimdə yaşayacaq. Hər dəfə onunla rastlaşıb görüşəndə, xüsusi bir mehribanlıqla mənimlə görüşərdi. Bir az utancaq, bir az mülayim. Bu uşağın üzündə özünəməxsus bir nur vardı. Mən ona "Dəniz gözlüm" deyərdim.



Onun gözlərinin dərinliyində hər zaman nəyinsə olduğunu hiss etmişdim. Oxuduğu Kolleci yarımçıq qoyub Həqiqi Hərbi xidmətə yollananda da ondan xəbər tutdum. Təsadüfən rastlaşdıq. Niyə yarımçıq qoyursan məktəbi? soruşdum.
-dedi:
-Qardaşım oxusun, qismət olsa mən qayıdanda davam etdirerem.
İnşallah dedim. Sağ-salamat qayıt. Gəlib oxuyarsan. Sağollaşıb ayrıldıq. Sonra hər dəfə anasından onu soruşurdum yanına gedib-gəlirdilər. Yaxşı olduğunu, fərqlənən əsgər olduğunu fərəhlə söyləyirdi. Artıq xidmətinin çox hissəsini başa vurmuşdu. Demək olar ki, gələcəyi günləri sayırdıq.


Amansız müharibə başlayana kimi. Rüfətin Vətən sevgisi hər şeydən, hər kəsdən üstün oldu. Amma bilmirdim ki, Rüfət 44 günlük Vətən müharibəsinin ilk günlərində, canından çox sevdiyi Vətəni üçün ilk şəhid olanlardan biri olacaq. Çox qısa bir həyat yolu yaşamasına baxmayaraq yaddaşlara əbədi həkk olundu.
Rüfət haqqında ta ki, uşaqlığından,keçdiyi ömür yolundan, əbədiyyətə qovuşduğu ana kimi çox danışmaq, çox yazmaq olar, amma mən onu cümlələrə, misralara sığışdıra bilmirem, çünki onun ölümüylə barışa bilmirem. O, hər zaman bizim qəlbimzdə, həmişəyaşar olaraq qalacaq.
Uca Allahdan ona rəhmət, ailəsinə, ata-anasına səbr diləyirəm. Məkanın Cənnət olsun "Dəniz gözlüm".
Sən heç vaxt ölməmisən. 

Yoxluğuna inanmır qohum, qardaş, dost, yaxın,
Məzarına gəlirlər hər yerdən axın-axın,
Dillərdə əzbər olub qəhrəmanlıq sorağın,
Gənc nəsillər hər zaman, səndən götürər ibrət,
Sən heç vaxt ölməmisən, ay şəhid balam Rüfət.

Vətən bölünməz deyə, bir əsgər andı içdin,
Özün üçün həyatda, bu yolu şərəf seçdin,
Ana,torpaq uğrunda, əziz canından keçdin,
Ruhunun qarşısında daim baş əyir millət.
Sən heç vaxt ölməmisən, ay şəhid balam Rüfət.

Vətənin dar günündə keşiyində durmusan,
Müqəddəs torpağını qanınla suvarmısan.
Özünə məskən seçib orda məzar qurmusan,
İndi yerin behiştdi, məkanın olsun Cənnət,
Sən heç vaxt ölməmisən, ay şəhid balam Rüfət.
                 

Xatırladaq ki, Əlifov Rüfət Seyhun oğlu
01.01.2001-ci ildə Ağsu rayon Ərəbsarvan kəndində anadan olmuşdur.


2007-ci ildə Ağsu rayon Ərəbsarvan kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur və 2016 ci ilde həmən məktəbin 9-cu sinifini bitirib, Göyçay Dövlət İdarəetmə ve Texnologiya kollecinin Elektrik təchizatı ixtisasina qəbul olmuş, təhsilin əyani olaraq davam etdirmişdir. 2-ci kursda təhsilini qiyabiyə çevirərək könüllü olaraq 26.10.2019 cu ilde hərbi xidmətə yola düşür və N saylı hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində atıcı vəzifəsində xidmətinə başlayır.


Xidməti dövründə dəfələrlə təşəkkürname məktubları ilə təltif olunur. 2-ci Qarabağ müharibəsində könüllu olaraq döyüşlərə qatılır və 27-dən 28-nə kecçən gecə Kəlbəcər rayon Murovdağ uğurunda gedən əməliyyatlarda öz yaralı əsgər yoldaşını təhlükəsiz əraziyə çıxardarkən qəhramancasına Şəhidlik zirvəsinə ucalır.
02.10.2020-ci ildə yaşadığı kəntdə dəfn olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Əlifov Rüfət ölümündən sonra "Vətən Uğrunda" və "Kəlbəcərin azadlığı uğurunda" medalları ilə təltif olunmuşdur.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərancamına əsasən Əlifov Rüfət ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər