Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Bəhmən Gülövşəli - "Vaqif Nəcəfzadə şəxsiyyəti"

Baxılıb: 4139     Tarix: 08-07-2022 19:04   
Bəhmən Gülövşəli (Qənbərov)

Hüquqşünas, şair-publisist, "Bənövşə" jurnalının redaktoru Bəhmən Gülövşəli (Qənbərov) yazır.

Sumqayitfakt.Az yazını təqdim edir.

Ədəbi aləmdə tanınmış simalardan biri olan Vaqif Nəcəfzadə haqqında xatirə.

Vaqif Nəcəfzadə şəxsiyyəti

   Keçmişi özündə yaşadan və müasir kişilərə nümunə olan Vaqif Nəcəfzadə. Onu çox gec tapdım, çox tez itirdim. Cəmisi 10 il davam edən tanışlığımız və yüksək insani ünsiyyətimiz qəfil xəyala döndü. Vaqif qardaşım mələk oldu göylərə ucaldı, indi nə əlimiz çatır ona, nə də sözümüz. Çünki o çox ucada, Tanrı dərgahında, ata, ana yanındadır. Ruhu şad, məkanı cənnət olsun, Amin. Aramızdakı məsafə səbəbindən biz təxminən 10 dəfə görüşmüşdük, elə o qədər də telefon danışıqlarımız olmuşdu. Amma onun davranışı, danışığı, müdrik rəftarı məndə o qədər dərin izlər qoymuşdur ki, onu gec tanıdığıma heyfsilənirdim. İndi də onu tez itirdiyimə görə heyfsilənirəm. İlk öncə Vaqif və Nəcəf sözlərinin mənasına diqqət yetirək: Vaqif (ərəb mənşəli sözdür), bir şeyi əldə edən, bir işdən xəbərli olan, bilikli, dərin məlumatlı, gözüaçıq, xəbərdar, agah olan deməkdir. Nəcəf sözü də (ərəb mənşəli olmaqla) üzərinə su çıxmayan yer, yüksək, təpə. Kufə ətraflarında Hz. Əlinin türbəsinin olduğu yer kimi məna daşıyır. Vaqif Nəcəfzadənin xasiyyətnaməsi, bu iki sözlərin mənasında ən gözəl şəkildə göstərilmişdir. Vaqif qardaşımın bir gözü keçmişə - döğma kəndinə, elinə, obasına, xatirələrə, əcdadlarına baxırdı, bir gözü isə əldə etdiklərinə, özünün sağlam gövdəsi üstündə saxladığı ailə, övlad, nəvələrinə, eləcə də dadına yetdiyi qohum əqrabalarına, işıqlı gələcəyə baxırdı. O, sözün həqiqi mənasında Şəxsiyyət idi, həm də söz adamı kimi tanınmışdı. Sözü ilahi töhfəsi adlandıranlar haqlıdırlar. Ulu Tanrının bəşər övladına bəxş etdiyi söz təkcə insanların bir-biriylə ünsiyyət yaratması naminə işlədilmir, eyni zamanda o, dərdi-sevinci, nisgili-fərəhi ifadə etmək, kövrək qəlbə sahib olanlara təsir etmək gücündədir. Qəlbən zəngin olanların leksionunda yer alan sözlər ən zərif hissləri belə ifadə etməyə qadirdir. İstəkli Vaqif qardaşımın şair dilində bal şirinliyinə çevrilən sözlərə istinadən deyərdim ki, söz həm də insan xarakterinin ən dəqiq “nizam-tərəzisi”, ən düzgün “ölçü vahididir”. Bu baxımdan Həzrət Əlinin: “Hər bir insan öz dilinin altında gizlənir”- deyiminin necə böyük dəyər daşıdığını sübut etməyə ehtiyac yoxdur... Çoxsaylı mətbuat orqanlarında işıq üzü görən şeirləri çoxlarının ürəyincə olduğunu hiss edəndə, ilham pərisi ilə tez-tez görüşməyin vacib olduğunu anlayırdı Vaqif Nəcəfoğlu. Kökündə-mayasında səmimiyyət hissi, yurd sevgisi olan bədii əsərləri ancaq bəşəri dəyərlərin daşıyıcılarından olan Vaqif qardaşım kimi söz adamları yaza bilərlər.

Vaqif Nəcəfzadə

Vaqif Nəcəfzadə bir insan kimi sədaqətli, ölkə vətəndaşı kimi vətənini, xalqını, ata ocağını ürəkdən sevən şəxs idi. Bəlkə elə buna görədir ki, onun istər klassik janrlarda, istərsə də müasir adlandıra biləcəyimiz şeir “qəliblərində” qələmə aldığı əsərlərində ilahi sözün təsir gücü açıq-aşkar hiss olunmaqdadır. Onun “Azərbaycan ayağa dur!” adlandırdığı ilk şeirlər kitabında vətən sevgisi, və milli dəyərlərimizə sədaqət motivləri üstünlük təşkil edir. Vaqif müəllimin qələmindən süzülən misraları insan qəlbində təlatüm yaratmağa qadirdir. Onun mövzu “qalareyası” zəngin və çoxçalarlı olduğu kimi, sözü mənalandırmaq bacarığı da təqdirəlayiqdir. Aşağıda ayrı-ayrı şeirlərindən seçib, oxucuların diqqətinə təqdim etdiyim misralar da yuxarıdakı fikrimlə üst-üstə düşür; 

Uşqalıqdan əzilmişəm ağrıların ağuşunda, 
Dəfələrlə islanmışam göz yaşımın yağışında, 
Təsəllimi tapıram mən anam sənin baş-daşında. 
Arzularım puça dönüb, gələcəyim heçə anam, 
Mən sənsizlik ağrısına necə dözüm, necə anam? 

* * *

Ana vətən Azərbaycan, ayağa dur sənə qurban, 
Sınaq vaxtı çatıb artıq Qarabağ diləyir aman. 
Pənahxanın torpaqları düşmənimin tapdağında, 
Anam, bacım əsirlikdə, qandal gəzir ayağında. 
Tapdalanır səndə vüqar, tapdalanır səndə qurur, 
Azərbaycan ayağa dur!

* * *

Parçalanıb Vətənim, Vətən əsirlikdədir, 
Qalxmaq vaxtı çatıbdır, gücümüz birlikdədir. 
Yada salaq tarixi qorxaq gözə çöp düşər, 
Adımızdan ləkələr, boynumuzdan yük düşər, 
Vətən yaralı, yarı, qaytaraq torpaqları!

Qarabağa bağ dedik, Laçına yaylaq dedik, 
Şuşanı təriflədik, alınmaz bir dağ dedik. 
Alındı dağımızda, güllü yaylağımızda, 
Düşmən əlində qalıb, qalıb torpağımızda, 
Vətən yaralı, yarı, qaytaraq torpaqları! 

   Vətən oğulları səsini eşitdilər, torpaqları qaytardılar alovlu vətandaş şair. Nə xoş ki, Vaqif müəllim sağlığında qələbə sevincini yaşadı, qalıb əsgərlərlə ön cəbhədə dəfələrlə görüşdü, özünün qələbə şeirlərini azad edilmiş torpaqlarımızda qürurla səsləndirdi. Azərbaycanın qələbəsini səbirsizliklə gözləyən vətənpərvər şairin ürəyi təəssüf ki, bu böyük sevincə çox tab gətirmədi. Şair qardaşım Vaqif illər əvvəl mərhum dayısı Bəxtiyarın oğlu Ağayarın xatirəsinə yazdığı şeirdə dediyi kimi indi daşdan boylanaraq baxır bizə: 

Daşdan boylanaraq baxırsan bizə, 
Baxıb güc veririk gözün yaşına, 
Nə oldu qardaşım sən gəldin gözə. 
Ölüm heç yaraşmır sənin yaşına, 
Anan laylay deyir qəbr daşına. 

Anan sinə döyür, sinəsi dağlı, 
Geriyə çağırır yolları bağlı, 
Sən torpağa getdin, oldun torpaqlı. 
Gənc yaşında bəla gəldi başına, 
Anan laylay deyir qəbr daşına.

   İndi Vaqifsiz qalan bizlər də onun sözləri ilə onun qəbir daşına laylay deyirik. Kimimiz hönkürtü ilə, kimimiz də boğulub göz yaşlarımızı içimizə axıdaraq. Ruhun şad, məkanın cənnət olsun böyük insan - Vaqif Nəcəfzadə.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər