Abşeron rayon Mərkəzi Kitabxanasında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib -ŞƏKİLLƏR
Baxılıb: 290 Tarix: 26-06-2022 15:58

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasında 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə 12 kitab müəllifi şair Esmira Günəşin şəhidlərə həsr olunmuş "Qürur yerimiz" kitabının təqdimatı və şəhid anaların iştirakı təmin olunub. Şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə tədbiri açan MKS-in direktoru Məlahət Abdullayeva sonra sözü şair Esmira Günəşə verib. Esmira Günəş şəhidlərə həsr olunmuş "Qürur yerimiz" və digər kitabları haqqında məlumat verib.

Şəhid analarından Aqidə xanım (şəhid Mayıl Qurbanov), İlhamə xanım (şəhid Şəhriyar Qasımov), Ruhiyyə xanım (şəhid Rəşad Ağayev), şəhid Rəşadın bacısı Tamilə xanım, I Qarabağ döyüşü iştirakçısı, şair Hümbət Məmmədov, Qubadlı Özünümüdafiə Könüllülər Dəstəsinin döyüşçüsü, gözünün nurunu Vətən yolunda itirmiş şair Mütalib Tahiroğlu, Abşeron rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova, digər şairlərdən Xaliq Laçınlı, Səmayə Güləliqızı, Vüsal Ağa, kitabxananın əməkdaşlarından Fidan Abdullalı, Günel Cəbrayılova, oxucu Hümbət Zeynalov və Xəlil Əhmədəliyev çıxış edib. Hər kəs şəhid ailələrinə, o cümlədən analarına təsəlli, gənclərə örnək ola biləcək belə tədbirlərin gərəkli olmasını vurğulayıb. Tədbir zamanı Esmira Günəşin kitablarını əks etdirən “Salam, Azərbaycan əsgəri!” başlıqlı sərgi nümayiş olunub. Sonda Kitabxanaya kitablar hədiyyə olunub.
Sumqayitfakt.Az
Vüsal Ağa

















loading...
Ən çox oxunanlar