Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Xatirə Xatun - "Şəhadətin çağırdığı ünvan"

Baxılıb: 487     Tarix: 26-06-2022 14:51   

Şair Xatirə Xatun yazır...

Sumqayitfakt.Az yazını təqdim edir.


     Sən demə ölümdən qorxmayan, ölümün üstünə sevinə-sevinə gedən qəhrəmanlar təkcə nağıllarda, dastanlarda deyilmiş. Bizimlə eyni zamanı, eyni məkanı paylaşan, bəlkə küçədə -bacada gördüyümüz, amma ölümündən sonra tanıyacağımız, qəhrəmanlıqları haqqında oxuyacağımız igidlər lap yaxınlığımızda imiş… Haqqında sizə söhbət etmək istədyim şəhid Murad kimi…  

       Abbasov Murad Vasif oğlu 20 aprel 1998-ci ildə Lənkəran rayonunun Şıxəkəran kəndində fəhlə ailəsində anadan olmuşdur. 2006-2015-ci illər də Şixəkəran kənd orta məktəbində orta təhsil almışdır. Daha sonra hərbi komissarlığın nəzdindəki sürücülük kursunu BC kateqoriyası üzrə bitirmişdir.Taksi sürücülüyü ilə məşqul olub.2016-cı ilin aprelindən 2017-ci ilin oktyabrına kimi Gəncədə rabitəçi kimi hərbi xidmətdə olur.Sentyabr ayının 28-də səfərbərlik üzrə hərbi xidmətə çağırılıb, Ağcabədidə, Füzulidə, Qubadlıda, Cəbrayılda döyüşlərdə atıcı kimi xidmət edib.Şuşaya qədər döyüş yolu keçib.Son zəngi oktyabrın 17-də olub.21 oktyabrda Qubadlıda hərbi yük maşınında kasetli raket hücumu nəticəsində şəhadətə yüksəlib. 24 oktyabrda nəşi gətirilərək Şıxakəran kənd qəbristanlığında dəfn olunub. Subay idi.




      Sözəbaxan, xoşxasiyyət, zəhmətkeş bir cavan olub Murad. Sadə, əməksevər bir kəndli ailəsində dünyaya gəlmişdi.Əli çatan, bacardığı nə iş varsa, işləməyə ərinməzdi Arada fəhləlik də edərdi, günü 15 manata günəmuzd işlərə gedərdi.Qazandığı pulu gətirib anasına verər, ordan ikicə manat alıb dostları ilə çay içməyə gedərdi.Balıq tutmaq kimi bir məşğuliyyəti vardı. Özünə bahalı , son model qırmaq da almışdı.Ümumiyyətlə, ov etməyi, təbiətin qoynunda olmağı çox xoşlayardı. Bütün kəndə yardım əlini uzatmağa hazır idi.Taksi sürücüsü kimi işlədiyi vaxtda təmənnasız olaraq kimə nə lazımdırsa kömək etməyə can atardı. Sürdüyü , taksi kimi çörəkpulu qazandığı maşını dəyişmək arzuzu vardı Muradın.,,Bir az pul düzəldən kimi bunu dəyişək, ,,Mersedes” alaq,” –deyirdi.Amma tale onun üçün tamam başqa bir alın yazısı- sonu şəhadət zirvəsinə aparan bir yol nəzərdə tutubmuş sən demə...
      Muradın qısa həyatı ilə tanış olduqda bir daha inandım ki həyatda təsadüfi heç nə yox imiş…Muradın şəkillərinin içində birisi daha çox diqqət çəkir.Hələ 2016-cı ildə hərbi xidmətə yollanarkən komissarlığın həyətində divara vurulmuş , lap başında ,,Vətən çağırır” şüarı olan Azərbaycan xəritəsinin önündə çəkdirdiyi o fotoda Murad şəhadət barmağı ilə işğalda olan torpaqları, bir az da dəqiq desək, Qubadlını göstərir.Sanki gözəgörünməz bir qüvvə, hansısa bir fövqəlbəşər duyğu onu məhz Qubadlını, 4 ildən sonra uğrunda həlak olacağı o məkanı göstərməyə sövq edir…İllər öncə bizə şəhadəti, şəhadətə qovuşduğu yer barəsində subliminal mesaj ötürübmüş Murad sən demə.Təsadüf deyib keçməyək, çünki bütün təsadüflər zərurətdən doğur , deyiblər
     
      Atası Vasif kişi ilə söhbətimizdən isə Murad; daha yaxından tanımaq imkanınız olacaq:
     -Ona bir dəfə də səsimi qaldırmamışdım.Heç inanmazdım ki, belə bir şey olar.Atamı-anamı itirmişdim, elə bilirdim ki, dünyamı itirmişəm.Amma hardan biləydim ki tale mənə daha nələr hazırlayıb? Heç yatsam yuxuma da girməzdi…Həmişə müharibədən söz düşəndə ,, başlasa, mən gedəcəyəm ,“ -deyirdi. O gün , müharibəyə getdiyi gün gündüz saat dörd, ya da beşə işləmiş olardı, evə gəlib hərbi biletini götürdü. Soruşduq ki, bala, hara, hələ bir gözlə görək nə olur .Dedi ki, gözləyək gəlib güclə evdən aparsınlar? Bəs kim getsin ? Uşaqlar məni orda gözləyir, getməliyəm”, - dedi.Sevinə-sevinə getdi...Bir saniyə belə yadımdan çıxmır. Çox çətindir şəhid atası olmaq..Onun boşluğunu mənim üçün heç nə doldura bilməz. Ev bütün onun şəkilləri, paltarları ilə bəzənib. Onlara baxıb yuxuya gedirəm.Bir dəfə də beləcə baxıb -baxıb yuxuya getmişəm.Yuxuda gördüm Murad yanımdadı . Gülə-gülə məni silkələyib dedi ki papa, darıxma, mən heç qoyaram sən darıxasan? Qalx, fikir eləmə”.
     Dərdli atanın bu halı şəhid balasının ruhuna ağah olub demək ki…Cismi ilə köməyinə yetə bilməsə də ruhu ona təsəlli olmağa çalışıb. Ancaq təsəllilər həmişə kömək ola bilibmi? . Ona toy eləmək arzusu vardı ata-ananın.Adına nişan üçün qızıl da alınmışdı.Gözaltısı da vardı…Hələ qapısına getməsələr də ailələr bilirdi.Və başına duvaq salıb Vağzalı sədaları altında Vasif kişinin qapısından girməli ikən, anası ilə birlikdə nakam Muradın yasına gəldi sevdiyi…Bu qandonduran, taleyin bu qara yazısına hansı təsəlli yetər, hansı sözlər ovudar bu ağrını, bu acını, kimsə deyə bilərmi?
      Döyüşlərdə də dostlarına ,,qorxmayın, adam da ölümdən qorxar? Şəhid olarıq uzaqbaşı”-deyə ruh yüksəkliyi verirmiş Murad. Evlə danışanda burda olanları anası, qardaşı ilə bölüşər, hər dəfə də ,, bunları papaya deməyin “-deyə bərk-bərk tapşırarmış. Son zəngində ,, Şuşanı da alırıq”- deyib Murad, amma sonda yenə də ,,bu barədə ataya deməyin”-deyə xəbərdarlıq edib.,,Ürəyi zəifdir dözə bilməz, fikir eləyər” deyə yaşadıqlarını, o qanlı savaşın dəhşətlərin bölüşmək istəmədiyi atasını indi oğul dağı , qəm yükü ilə yumağa döndərib Murad… Hər nə qədər atasının yuxularına gəlib ,,darıxma, qalx ,“ -desə də, nə darxımamaq olur, nə də bu ağır dərd yükünün əydiyi qaməti dikəldib ayağa durmaq.Amma Murad və onun kimi igidlərimiz onun üçün Vətənin səsinə səs verib ayağa qalxaraq ölümün gözünə dik baxdılar ki , üstümüzdən torpağı işğalda olan xalq adı götürülsün.Murad kimi oğullar ona görə şəhid oldular ki, bu gün ataların beli qəmdən bükülsə də, sabah balalarln alnıaçıq , üzüağ olsun.Bu amal, bu əqidə uğrunda dünyadan gedənlər kim deyir ki ölə bilər? Onlar ölmədi, yer üzündən ürəyimizin içinə köç elədi.Bu dünya durduqca, Azərbaycan var olduqca siz də varsınız, bizim Vətən qaytaran igidlərimiz! Sizinlə fəxr edir, hər birinizin ruhu qarşında baş əyirik! 

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər