İmişlidə ər əvvəlcə arvadını, sonra özünü öldürdü
Baxılıb: 445 Tarix: 18-06-2022 10:55

İmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sumqayitfakt.Az xəbər verir ki,İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar