Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Sumqayıtda Sevinc Qəriblə görüş keçirildi - ŞƏKİLLƏR

Baxılıb: 4192     Tarix: 17-06-2022 19:42   

Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dalidag.az saytının baş redaktor müavini, istedadlı şair Sevinc Qəriblə görüş keçirilib.
Sumqayitfakt.Azxəbər verir ki, "DƏLİDAĞ" Ədəbi Birliyinin təşəbbüsü və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Yeganə Əhmədova açaraq, qonaqları salamladı və görüşün mahiyyəti, eyni zamanda Sevinc Qəribin yaradıcılığı barədə danışdı.

Tədbirin aparıcısı şair, jurnalist Namiq Dəlidağlı çıxışında müəllifin yaradıçılığındakı xüsusi məqamlara toxundu. Natiq S. Qəribin "DƏLİDAĞ" Ədəbi Birliyi və eyni adlı saytdakı fəaliyyətini yüksək dəyərləndirdi. N. Dəlidağlı birlikdəki və saytdakı səmərəli fəaliyyətinə, yaradıcılıq sahəsindəki uğurlarına, ədəbi nailiyyələrinə görə şairə fəxri fərman və hədiyyə təqdim etdi.
Sözü müəllifə verdi. S.Qərib qonaqları salamlayaraq, görüşün təşkilatçılarına, təşəbbüskarlara öz təşəkkürünü bildirdi.

Kitabxananın əməkdaşı Xəyalə Seyidnurova müəllifin həyat və yaradıcılığı haqqında oxucuları məlumatlandırdı.
Şairlərdən Ofelya BabayevaFirdovsi Cəfərxan, Qənirə Mehdixanlı, Gülnarə CəmaləddinXatirə FərəcliLilpar CəmşidqızıGülnar ÜmidSüleyman Sərraf, Məryəm Aslanqızı, jurnalistlərdən Aygün HacıyevaRəna Təbəssüm, "Sumqayıtfakt.Az" saytının əməkdaşları Loğman ƏhmədNatiq İsmayıloğluVüsal Ağa, Sumqayıt MİHİ-nin sədri Şahin Şəfiyev və başqaları öz çıxışlarında Sevinc Qəribin poeziyasının özünəməxsusluğundan, müəllifin fərqli üslubu və öz yolu olmasından söz açdılar, şeirlərindən nümunələr səsləndirdilər. 
Tədbirdə müəllif yeni nəşr olunmuş "Ovcun əllərimin isti yuvası..." şeirlər kitabını oxuculara təqdim etdi.
Tədbir boyunca S. Qərib yeni şeirlərini oxudu və oxucuların suallarını cavablandırdı. “Ovcun əllərimin isti yuvası... ” adlı kitabını oxuculara hədiyyə etdi.

Nigar Nəriman
Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər