Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Putinlə bağlı DAHA BİR QƏRİBƏ İDDİA: “Özünü mumiyalayır, yerinə isə bu şəxs keçəcək”

Baxılıb: 453     Tarix: 17-06-2022 12:20   
Putinlə bağlı DAHA BİR QƏRİBƏ İDDİA: “Özünü mumiyalayır, yerinə isə bu şəxs keçəcək”
Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir.
 
Qərb mediası Putinin xərçəng və ya Parkinson kimi ağır xəstəlikdən əziyyət çəkdiyini bildirsə də, bu dəfə ekspertlər tamam başqa açıqlama verib.
 
Belə ki, bəzi ekspertlərin fikrincə, mətbuatda yayılan xəstəliklə bağlı iddialar şişirdilib  və tutarlı dəlillərə əsaslanmır. Bunu dəstəkləyənlər arasında döyüş meydanındakı fəaliyyəti ilə tanınan professor Maykl Klark da yer alıb.
 
“Mətbuatda yer alan ən ciddi iddialardan bəziləri Putinin Parkinson və ya xərçəng xəstəliyinə tutulmasıdır. Bu barədə bir neçə ekspertlə danışmışam. Mənə dedilər ki, Parkinson xəstəliyini yerişlə müəyyən etmək olmur. Həmçinin danışdığım digər ekspertlər də xərçəngin əlamətlərini təkcə fotoşəkillərlə müəyyən edə bilməyəcəklərini söylədilər. Düzünü desəm, mən Putinin “xəstəlik xəstəsi” olduğunu düşünənlərdənəm. O, daim həkimlərlə gəzir. Bildiyimizə görə, hətta mövzu səhhətinə gəlincə, görüşləri yarımçıq kəsir, bu həkimlərlə məsləhətləşir. Oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putinin tez-tez botoks əməliyyatı keçirdiyini də bilirik. Hətta bunu o qədər tez-tez edir ki, sanki Putin sağ ikən özünü mumiyalayır”, deyə o söyləyib.

Professor Maykl Klark Vladimir Putinin səhhəti ilə bağlı iddialar altında müxtəlif ehtimalların ola biləcəyini də vurğulayıb:
 
“Ukrayna müharibəsi Rusiya üçün pis nəticələnərsə,  prezidentin səhhətinə görə istefa verməsi yaxşı çıxış yolu ola bilər. Belə bir ssenari baş verərsə, Putini ən azı onun qədər güclü olan Nikolay Patruşev əvəz edə bilər. Təbii ki, bunlar sadəcə fərziyyələrdir”.sfera.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər