Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqlədi

Baxılıb: 4114     Tarix: 03-06-2022 01:09   




Bu gün Rusiyaya qarşı altıncı sanksiyalar paketi Aİ səfirləri tərəfindən təsdiqlənib.
Sumqayit.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına hazırda prezidentlik edən Fransanın "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, bu paketdə Rusiyaya qarşı sanksiyalar əhəmiyyətli dərəcədə yeni sahələri əhatə edir.
"Xüsusilə Buça qırğınları ilə əlaqəli olan təhlükəsizlik və hərbi aparat üzvlərinə, Rusiya təcavüzü ilə əlaqəli sənaye və texnoloji sektora aid qurumlara, oliqarxlara, Rusiya təbliğat aktyorlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunur.
Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa tətbiq olunur. Bu qadağa Almaniya və Polşanın qəbul etdiyi milli qərarlarla birlikdə ilin sonuna qədər Rusiya neftinin idxalını 92% azaldacaq.
Bu, mümkün qədər tez bir zamanda Rusiyadan boru kəməri ilə neft idxalına qadağa qoyulması ilə tamamlanacaq.
"Sberbank" və Belarus bankı da daxil olmaqla, üç Rusiya bankı Swift sistemindən ayrılır.
Rusiyaya ixrac qadağalarının uzadılması, xüsusən də kimyəvi maddələr və yüksək texnologiyalı mallara sanksiyalar tətbiq edilir. Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsi qadağan edilir. Eyni zamanda, təbliğatla məşğul olan üç Rusiya mediasına da sanksiya tətbiq olunur və Rusiya operatorları üçün məsləhət xidmətləri qadağan edilir", - qeyd olunub.

Sumqayit.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər