Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Azərbaycanda İLK DƏFƏ - İmtahanlardan 6 min şikayət var

Baxılıb: 6132     Tarix: 01-06-2022 19:48   


Azərbaycanda İLK DƏFƏ  - İmtahanlardan 6 min şikayət var

“İlk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazılıqlarını bildirib. Bunun səbəbi də imtahanı təcrübəsi olmayan tələbələrin yoxlamağıdır”.
Sumqayitfakt.Az  xəbər verir ki bu sözləri  təhsil eksperti Kamran Əsədov deyib.
Bu il 9-cu və 11-ci sinif şagirdlərindən bir çoxu buraxılış imtahanının nəticələrindən narazı qalıb. Situasiya tipli sualların qiymətləndirilməsindən narazı olan şagirdlər apelyasiyaya şikayət verib. Belə ki, ümumilikdə bir imtahan üzrə 6 min şagird apelyasiyaya müraciət edib.
  • Maraqlıdır, nəticələrdən bu qədər narazılıqların səbəbi nədir?

İmtahan nəticələrindən narazılıqların səbəblərini açıqlayan təhsil eksperti vurğulayır ki, yoxlama zamanı bəzən biliyin qiymətləndirmə meyarlarına düzgün riayət edilməyib:
“İlk növbədə qeyd edim ki, cari ildə 9 və 11-ci siniflər üçün keçirilən buraxılış imtahanları kifayət qədər ciddi narazılıqlara səbəb olub. Belə ki, imtahanların keçirilməsindən sonra situasiya tipli test tapşırıqlarının yoxlanılmasında ciddi qüsurlar ortaya çıxıb. Öncədən müəyyənləşdirilən standartlar və meyarlar yoxlayanlar tərəfindən müvafiq yanlışlığa yol verilib. İlk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazılıqlarını bildirib. Təbii ki, imtahanların yoxlanılmasına təcrübəsiz tələbələrin cəlb edilməsi öz mənfi təsirini göstərib. Tələbələr müəllimlərdən fərqli olaraq yoxlama zamanı bəzən biliyin qiymətləndirmə meyarlarına düzgün riayət etməyiblər”. 
O, markerlərin çox pul qazanmaq üçün nəticələri sürətlə yoxladığını bildirib:
“Bu gün ali təhsil müəssisənin 4-cü kursda oxuyan tələbə qəbul imtahanı yoxlamaq imkanına malik deyil. Düzdür, DİM onları müəyyən təlimlərə cəlb edib, meyarları izah edir. Amma reallıq odur ki, onlar qısa müddətdə zəruri məlumatlara yiyələnə bilmirlər. Çünki imtahanlarda müxtəlif növ test tapşırıqlarından istifadə edilir. Marker müəyyən edilmiş vaxt ərzində bəzən daha çox pul əldə etsin deyə cavabları sürətlə yoxlayır, meyarlara baxmadan qiymətləndirir. Çünki DİM hər yoxlanılan testə görə vəsait ödəyir. Hesab edirəm ki, bu yanlış addımdır. Yoxlama prosesinə mütəxəssislər cəlb edilməlidir. 
Bununla yanaşı, bu ilin buraxılış imtahanları onu göstərdi ki, biz situasiya tipli tapşırıqları çıxarmalıyıq. Yoxlama prosesində insan faktoru olacaqsa, yəni insanın subyektiv qiymətləndirilməsi tətbiq edilsə, bir mənalı şəkildə nəticələrdə mənfi hallar olacaqdı. Buna görə də situasiya tipli suallar çıxardılmalıdır. Bunlar tələbələrə ehtiyac olan balın aşağı düşməsinə gətirib çıxarır”.lent.az  

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər