Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Uşaqlarımıza xoşbəxt uşaqlıq həyatı yaşatmaq borcumuzdur - 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Baxılıb: 2270     Tarix: 01-06-2022 13:16   


Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. 

Respublkamızda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il, 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Ölkəmizdə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Onların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.
Bu gün Ulu Öndərin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, birinci Vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün, şəhid və qazi, eləcə də imkansız aillərin uşaqlarına xüsusi diqqət ayrılır.

Bayram günü ərəfəsində yolumuzu 13-cü mikrorayonda yerləşən 48 nömrəli uşaq bağçasına saldıq. Buradakı səliqə-sahman diqqətimizi cəlb etdi. Öyrəndk ki, bağça 1979-cu ildən tikilib istifadəyə verilib.
Qətibə Əsədova və Zöhrə Kərimova kimi baçarıqlı pedaqoqlar bu təhsil ocağına rəhbərlik ediblər. 220 yerlik bağçada 12 qrup var. 190 uşaq qeydiyyatdadır. Uşaqların tərbiyəsi ilə 54 nəfər pedaqoji işçi məşğul olur.
Bağçada yaradılmış təlim mühitindən səmərəli istifadə edən pedaqoji kollektiv uşaqlarla aparılan tərbiyə-təlim işlərinin, altıyaşlıların məktəb təliminə hazırlanmasının keyfiyyətini yüksəltməyə nail olmuşdur. Bunu bağçadan məktəbə gedəcək uşaqların hər il keçirilən bayram şənlikləri də aydın göstərir. Uşaqlar zəngin ssenari üzrə reallaşdırılan tədbirlərdə söylədikləri şeirlərlə, oxuduqları mahnılarla, ifa etdikləri rəqslərlə, göstərdikləri səhnəciklərlə mövcud proqram çərçivəsində bilik və bacarıqlara, şifahi nitq vərdişlərinə yiyələndiklərini, saymağı, hesablamağı, sadə əməlləri yerinə yetirə bildiklərini nümayiş etdirirlər.
Müəllim və tərbiyəçi heyəti balacalarımızın gününün xoş keçməsini, ələlxüsus onlarda sağlam fikirlərin formalaşmasını, həmçinin intellektual inkşafı təmin edir.


2011-ci ildən bağçanın müdiri işləyən Vüsalə Qədəşova söhbət zamanı dedi: 

- Bizim qarşımızda duran əsas vəzifə yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçməklə, vətənpərvər, özü, ailəsi və dövləti üçün faydalı olmağı bacaran məsuliyyətli vətəndaş yetişdirməkdir. Artıq bu istiqamətdə mühüm uğurlar əldə etmiş, bir sıra işlər görülmüşük. Belə ki, bütün illərdə olduğu kimi, cari İl ərzində də uşaqların təlim-tərbiyyəsini düzgün təşkil etməyə, balacalara yüksək səviyyədə qayğı göstərməyə, onlarda bilik, bacarıq və vərdişlər aşlamağa, işləri günün tələblərinə uyğun qurmağa, valideynlərlə sıx əlaqə yaratmağa, plana uyğun olaraq qarşıya qoyulmuş vəzifələri həyata keçirməyə çalışııq. Həmçinin uşaqlarda sevgi, hörmət, məsuliyyət, yardımlaşma, həmrəylik və paylaşma kimi duyğu və davranışları da formalaşdırmağa, özünə hörmət və güvən hissini yaratmağa, bütün tədbirləri isə oyun əsaslı təşkil etməyə səy göstəririk.
Valideynlər vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, mövzuya uyğun tərbiyəçilərlə birgə müxtəlik inkişafetdirici vəsaitlər hazırlayırlar.
Bu işlərin yerinə yetirilməsində tərbiyəçilərdən Ülviyyə Abdulova, Sevinc Namazova və başqaları xüsusi fəallıq göstərirlər. Balacalardan Qəlbinur, Gülay, Fərid, Mələk, Əsmanur, Nuray və digərləri öz bacarıqları və fəallıqları ilə daha çox sevilirlər. Bağçada əlamətdar günləri möhtəşəm qeyd edirik. “Şuşa ili” və 1 iyin Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar məktəbəhazırlıq qrupunun uşaqlarının iştirakı ilə tədbirlərin keçirilməsinə hazırlıq işləri görürük. Bu zaman uşaqların maraq və ehtiyaclarını nəzərə alırıq.
Bağçanın gələcək planlarının təməlində tədris metodikasının, inkişaf modelinin davamlılığı, bağçanın maddi-texniki imkanlarının daha da artırılması, müasir təcrübələrin öyrənilməsi və tətbiq edilməsi durur.
Çox sevinirk ki, şəhərimizin rəhbərliyi bağçaların fəaliyəti ilə mütmadi olaraq maraqlanır, diqqət və qayğısını əsirgəmir. Cənab başçımız Zakir Fərəcovun xüsusi tapşırığı ilə bağçamızın dam örtüyü yenilənib, istiik sistemi məsələsi həll olunub. Bağçamızın əsaslı təmirə ehtiycı olduğu da göz önündədir. İstərdik ki, nümunəvi məktəbəqədər təhsil ocaqları sırasında uğurlarmız həmişə daha bol olsun!
Bir sözlə, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Uşaqların müdafiəsinə hamılıqla qoşulmaq, onlara xoşbəxt uşaqlıq həyatı yaşatmaq bizim borcumuzdur. 


İlhamə Məhəmmədqızı,
“Sumqayıt” qəzetinin əməkdaşı


Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər