Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Şuşada YENİLİKLƏR: elektrik xətləri ləğv edilir... - VİDEO /ŞƏKİL

Baxılıb: 383     Tarix: 30-05-2022 14:29   



Şuşa şəhəri günün 24 saatı dayanıqlı enerji ilə təmin edilir. Şəhərdə Rəqəmsal İdarəetmə Mərkəzinin sitifadəyə verilməsi bu baxımdan bütün problemlərin həllinə demək olar ki, son qoyub. Prezident İlham Əliyevin "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salmasından sonra şəhərin enerji təchizatı ilə bağlı çox şey yaxşıya doğru dəyişib. Mərkəzin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətlərə nəzarət edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib.
Manevr.az xəbər verir ki, Şuşa şəhəri dağlıq ərazidə yerləşdiyinə görə, hava şəraitinin qeyri-sabit olması, şaxtalı keçməsi ənənəvi naqillərdə bəzən qəzalara səbəb olurdu. Şuşada yerüstü elektrik xətləri ləğv edilir, ənənəvi xətlər artıq tarixə qovuşur. Çünki şəhərdə elektrik naqilləri beton tunellər vasitəsilə tamamilə yer altına keçirilir. Yeni şəbəkə izolyasiyalı kabellər vasitəsilə çəkilir. Demək olar ki, abonentə qədər dayaqdan istifadə olunmur. Bu halda qəza ehtimalı çox azdır. Bunun şəhərin estetik görünüşü ilə yanaşı abonentlərin dayanıqlı enerji ilə təminatı məsələsi baxımından da üstünlüyü var.
Həmçinin qəza hallarında avtomatik bərpa edilməsi də təmin olunub. Məsələn, Sayğacı şəbəkədən ayırmaq lazım gəldikdə ora nəzarətçinin getməsinə ehtiyac qalmır. Monitor qarşısında oturan operator vasitəsilə sayğac şəbəkədən ayrılır və yaxud şəbəkəyə qoşulur. Eyni zamanda rəqəmsal idarəetmə mərkəzi vasitəsilə qəzalar öncədən müəyyənləşdirilir, harda nasazlıq varsa, bu öncədən bilinir və qabaqlayıcı tədbir görülür. Bunun üçün lazım olan bütün avadanlıqlar səfərbər edilib.
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib. Şuşada yeni qurulan rəqəmsal idarəetmə mərkəzi postsovet məkanında ilk dəfədir tətbiq olunur. Rəqəmsal idarəetmə mərkəzi ilə nəinki yüksək gərginlikli xətlər, eyni zamanda vətəndaşın evinə qədər olan elektrik axını, nəzarətdə saxlanılır. Bu mərkəz birbaşa Bakı şəhərinə qoşulub. Yəni mərkəzdən buranı görmək də, və idarə etmək də, mümkündür. Qeyd edək ki, "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi Prezident İlham Əliyev tərəfindən may ayının 10-da işə salınıb.
Sumqayitfakt.Az Trend TV-yə istinadla Şuşadan hazırlanan videoreportajı təqdim edir.















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər