Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Azad olunan ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ – Qayıdış təmin olunacaq

Baxılıb: 5553     Tarix: 09-12-2021 11:17   
Azad olunan ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ – Qayıdış təmin olunacaq
"Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, - E.Hüseynov qeyd edib.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərib:

"Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi.

Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər