Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Sumqayıtda Əməkdar jurnalis vəfat etdi - BAŞSAĞLIĞI

Baxılıb: 4625     Tarix: 26-11-2021 19:29   
Sumqayıtda Əməkdar jurnalis vəfat  etdi - BAŞSAĞLIĞI
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti, “Qızıl qələm” media mükafatı laureatı, tanınmış jurnalist İldırım Gülalı oğlu Dəmirov (İldırım Dəmirli) 25 noyabr 2021-ci il tarixində 79 yaşında dünyasını dəyişmişdir.
İldırım Gülalı oğlu Dəmirov (İldırım Dəmirli) 1942-ci il dekabr ayının 31-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Orta təhsilini 1958-ci ildə İsmayıllı şəhərində başa vurmuş, ilk əmək fəaliyyətinə 1958-ci ilin sentyabrında Sumqayıtda tikinti idarəsində fəhləlikdən başlamışdır. 1963-cü ildə istehsalatdan ayrılmadan Sumqayıt Kimya-Texnologiya texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
İldırım Dəmirli 1968-ci ilin yanvar ayından mətbuatda çalışıb. Əvvəlcə çoxtirajlı «Kauçuk» qəzetində əməkdaş, 1972-ci ildən isə çoxtirajlı «Kimyaçı» qəzetində məsul katib vəzifələrində işləyib.
1978-ci ildə «Kirpi» satirik jurnalının «Ən satirik qələmlə yazılmış felyetonlara görə» müsabiqəsinin qalibi olaraq, 3-cü dərəcəli diploma layiq görülmüş, həmçinin o vaxtkı «Kommunist» və «Azərbaycan gəncləri» qəzetlərinin ştatdankənar müxbiri kimi fəxri fərmanlar və pul mükafatları ilə təltif edilmişdir.
1986-1992-ci illər ərzində «Sosialist Sumqayıtı» qəzetində əməkdaş və «Mühərrir» kiçik müəssisəsində direktor müavini olmuşdur. 1992-ci ildə «Azərikimya» Dövlət Şirkəti yarandıqdan sonra İ.Dəmirli bu şirkətin mətbu orqanı olan «Azərbaycan kimyaçısı» qəzetində məsul katib, 2002-ci ildən isə baş redaktor vəzifəsində işləmişdir.
2004-cü ilin mart ayından «Əsrin sədası» qəzetinə baş redaktor təyin edilmiş, 2012-ci ilin yanvar ayından isə bu qəzetdə baş redaktorun birinci müavini kimi fəaliyyətini davam etdirmişdir. Dünyasını dəyişənə qədər isə “İnsan və təbiət” qəzetində baş redaktorun birinci müavini kimi fəaliyyət göstərirdi.
79 illik ömrünün 53 ilini şərəfli jurnalist peşəsinə həsr edən İldırım Dəmirli 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Eyni zamanda bədii yaradıcılıqla məşğul olan İ.Dəmirli bir neçə kitab müəllifi idi. Səmərəli yaradıcılığına görə 2010-cu ildə «Qızıl qələm» media mükafatı ilə təltif olunmuşdu.
İldırım Dəmirli möhtərəm Prezidentimiz İlham Əliyevin 20 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adına layiq görülmüşdü.
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının qeydiyyatında olan bütün üzvləri Azərbaycan mətbuatında öz dəsti-xəttilə seçilən jurnalist İldırım Gülalı oğlu Dəmirovun (İldırım Dəmirli) vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə, yaxınlarına, əzizlərinə, doğmalarına dərin hüznlə başsağlığı verirlər.
İldırım Dəmirlinin əziz və unudulmaz xatirəsi onu sevənlərin – yaxınlarının, əzizlərinin, doğmalarının, qələm dostlarının, məsləkdaşlarının qəlbində əbədi yaşayacaqdır.

Ruhuna dərin ehtiramla,
Rafiq Oday, Əşrəf Veysəlli, Eyruz Məmmədov, Rəhman Orxan, Zümrüd Baloğlanova, Ətrabə Rzayeva, Sübhan Quliyev, Əli Nəcəfxanlı, Aida Eyvazlı, Namiq Dəlidağlı, Akif Əliyev, Asif Asiman, Firdovsi Cəfərxan, Avtandil Ağbaba, Fuad İslamoğlu, Ucal İldırım, Mədaxil Cavadlı, Ağalar İdrisoğlu, Vüqar İltifatoğlu, Elman Telmanoğlu, Sübhan Arifoğlu, Əli Rafiq, Şəfa Əliyev, Rəfail Laçınlı, Natiq İsmayıloğlu, Çinarə Vaqif, Suliko Daqarquliya, Rahilə Veysəlli, Alı Səfolu, Mərcan Sabirqızı, Ruhiyyə Bahar, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Lilpar Cəmşidqızı, Rəna Təbəssüm, Sevinc Qərib, Rahilə Hüseynova, Akif Həsənov, Qafqaz Əvəzoğlu, Eldar Xanlaroğlu, Nizami Kolanılı, Elcan Oruclu, Fərhad Nəhmətoğlu, Asif Hüseynoğlu, Namiq Məmmədli, Ağasəf Əhmədov, Qorxmaz Türk İsrafiloğlu, İlqar Həbibi, Ələddin Əmirli, Rasim Zamanov, Kamran Murquzov, Kənan Aydınoğlu.
Allah rəhmət eləsin!


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər