Sumqayıtda istiliklə təchiz ediləcək mənzillərin sayı açıqlandı - AÇIQLAMA
Baxılıb: 3134 Tarix: 13-11-2021 11:03

Sumqayıtın ən böyük problemlərindən biri də mənzillərin əksəriyyətinin istliklə təchiz olunmamasıdır.
Sumqayitfakt.Az xəbər verir ki, bu aylarda əhalinin istilik sistemi ilə təchizatı məsələsi gündəmə gəlir. Sumqayıtın istilik sistemi ilə tam təchiz olunması məsələsi illərdir ki, çözülməmiş qalır.
Hər il noyabr ayının 15-i binalarda istilik sitemləri işə salınır.
Bəs görəsən bu mövsüm evlərə istilik nə vaxtdan veriləcək? Vətəndaşlar istilik sarıdan problemlə üzləşəcəklərmi?
"Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizat" İdarəsindən bildirilib ki, Sumqayıt şəhəri üzrə bu il ümumilikdə 263 (10 min mənzil) yaşayış binasına istilik verilməsi planlaşdırılır: "Sumqayıtda 24 qazanxana fəaliyyətə başlamaq üçün tam hazırdır. Noyabrın 15-dən istilik sisteminin işə salınması nəzərdə tutulur. 24 qazanxanadan 6-sı modul tipli daşına bilən qazanxanadır, hansı ki, məktəblərə xidmət göstərir”.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar