Hicran Hüseynova Sumqayıtda şəhid Ramil Ağayevin ailəsini ziyarət edib
Baxılıb: 3502 Tarix: 13-11-2021 10:10

Milli Məclisin deputatı Hicran Hüseynova Vətən Müharibəsi şəhidi, mayor Ağayev Ramil Mərdan oğlunun ailəsini ziyarət edib.
H. Hüseynova İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Millət vəkili Hicran Hüseynova qeyd edib ki, şəhidlər bizim qurur yerimizdir, hər birimiz onların ailələri qarşısında mənəvi məsuliyyət daşıyırıq.
H. Hüseynova ailənin gündəlik qayğıları və ehtiyacları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib, həlli istiqamətində müvafiq işlər görəcəyini bildirib.
Qeyd edək ki, peşəkar hərbçi olan Ramil Ağayev 13.10.2020-ci il tarixdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Lerik rayonunda dəfn olunub.
Prezidentin sərəncamı ilə "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Özündən sonra iki qız övladını həyat yoldaşına əmanət qoyub.
Sumqayitfakt.Az







loading...
Ən çox oxunanlar