Sumqayıt poliqonunda istifadəyə yararsız 60 tondan çox qida məhsulu məhv edilib
Baxılıb: 3156 Tarix: 12-11-2021 08:31

"Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda istehlaka və istifadəyə yararsız qida məhsulları məhv edilib.
Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, poliqonda "Sun Food” MMC tərəfindən istehsal edilən 60 tondan çox müxtəlif növ qida məhsulları utilizasiya edilib.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar