Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır

Baxılıb: 399     Tarix: 03-11-2021 18:31   
Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır


Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, iclasda komitə sədri Siyavuş Novruzov qeyd edib ki, bir neçə gün sonra noyabrın-8-də Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərini ilk dəfə qeyd edəcək.

O, Zəfərin əldə olunmasında canlarını fəda etmiş şəhidlərə rəhmət, müharibədə iştirak etmiş qazilərə can sağlığı arzulayıb. Müharibədə bizi qələbəyə aparan amillərdən danışan Siyavuş Novruzov Azərbaycan xalqını və ordusunu bir yumruq kimi səfərbər edən Ali Baş Komandan İlham Əliyevinin liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.

Sonra gündəlikdəki “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edən komitə sədri sənəddə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edildiyini bildirib.

Komitə üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Səttar Möhbalıyev qanun layihəsinin müzakirəsində çıxış ediblər. Bildirilib ki, sənəd Milli Məclisin müzakirəsində olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb. Bələdiyyələrin yerli vergiləri toplamaqda qarşılaşdıqları problemlərdən danışan komitə üzvləri xüsusən bu vergi növü üzrə onların yığımlarının çox cüzi olmasına diqqət çəkiblər, bu vergi növü üzrə yığımların vergi orqanlarına tapşırılması təqdir edilib.

Deputatlar qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Nizami Cəfərov, Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər