Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Deputat Sumqayıtda “Zəfər Günü”nə həsr olunmuş tədbirdə iştirak edib - ŞƏKİLLƏR

Baxılıb: 3108     Tarix: 01-11-2021 08:03   
Deputat Sumqayıtda “Zəfər Günü”nə həsr olunmuş tədbirdə iştirak edib - ŞƏKİLLƏR


Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbdə "Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Hicran Hüseynova, Sumqayıt şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Samir Bədəlov, məktəbin şəhid məzunları – Elnur Allahverdizadənin anası Süsən Həsənova və şəhid Ənvər İmanovun anası Mədinə İmanova iştirak edirdi.

Tədbiri məktəbin direktoru Gülnarə Babayeva giriş sözü ilə açaraq "Zəfər Günü”nün əhəmiyyətini, müasir Azərbaycan tarixində xüsusi mərhələ olduğunu qeyd edib.

Millət vəkili Hicran Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan topraqlarımız işğaldan azad olunub. Vurğulayıb ki, qəhrəman hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaət nəticəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan qələbə qazanıb.

Deputat qeyd edib ki, Azərbaycan öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa edib: "Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. Bu baxımdan regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Xüsusilə də Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bütün bunlar, öz növbəsində, azərbaycanlıların Zəngəzur, İrəvan, Basarkeçər və digər tarixi torpaqlarına qayıdışına səbəb olacaq”.

Sonra digər qonaqlar çıxış edərək xalqımızın şərəfli tarixindən, əsgər və zabitlərimizin igidliyindən, onlara dövlət tərəfindən göstərilən qayğıdan ətraflı bəhs ediblər.

Tədbirdə, həmçinin şəhidlər Elnur Allahverdizadənin və Ənvər İmanovun döyüş yolundan danışılıb. E. Allahverdizadənin Agdam- Xocavənd, Ə. İmanovun isə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığı bilidirilib.

Tədbirin sonunda 41 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompazisiya təqdim edilib.

Sumqayitfakt.Az













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər