Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Hicran Hüseynova şəhid Nadir Rzayevin ailəsini ziyarət edib

Baxılıb: 3101     Tarix: 31-10-2021 12:23   
Hicran Hüseynova şəhid Nadir Rzayevin ailəsini ziyarət edib


Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı Rzayev Nadir 18.11.1994-cü il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 15.09.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 

Məhəmməd Nadir Rzayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kəşfiyyatçısı olan Rzayev Nadir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Nadir Rzayev son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək, döyüş bölgəsində oktyabrın 15-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rzayev Nadir ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Millət vəkili Hicran Hüseynovanın şəhidimiz Nadir Rzayevin ailəsini ziyarət edərək dərin hüzünlə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanaraq hər zaman xüsusi diqqət və qayğının göstəriləcəyini bildirərək şəhidin əziz xatirəsini yad edib.

Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və qazilərimizə göstərdikləri diqqətdən danışılıb.

Daha sonra isə igid oğullarımızın mərdlik və qorxmazlıqlarından, torpaq vətən üçün canlarından keçməyə hər zaman hazır olduqlarını və bunu da bütün dünyaya göstərdiklərini, cənab Ali Baş Komandan İlham Əliyevin 44 gün ərzində göstərdiyi uğurlu siyasəti, məğrur duruşu və hərkəsin maraq dairəsinə səbəb olan çıxışlarından danışılaraq dövlətimizin və prezidentimizin daima yanında olacaqlarını bildiriblər.

Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib. 

Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər