Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Vətən müharibəsində tarix yazan cəsur döyüşçü

Baxılıb: 3158     Tarix: 30-09-2021 09:55   
Vətən müharibəsində tarix yazan cəsur döyüşçü


44 günlük haqq savaşında Vətəni canından daha üstün tutan igidlərdən biri də Sərxan Mirzəmmədovdur. Qanı ilə tarix yazan Sərxan Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı döyüşüb. Ağdərə istiqamətində gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəman, ölümündən sonra dörd medalla təltif edilib.

Sumqayitfakt.Az xəbər verir ki, Sərxan Osman oğlu Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmazın Mirzəmmədkənd kəndində anadan olub. Sərxangil ailədə 3 qardaş, bir bacı idilər. Qardaşlar arasında ən kiçiyi olan Sərxanı hamı mehriban, qayğıkeş, eyni zamanda, cəsur və vətənpərvər biri kimi xatırlayır.

Hərbçi peşəsinə yiyələnən Sərxan Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Xüsusi təyinatlı kiçik çavuş Sərxan Mirzəmmədov həmlə qruplarında yer alıb. Murov silsiləsindəki yüksəkliklərin, Talış və Suqovuşanın, Xocavəndin düşmən tapdağından azad olunmasında şücaət göstərib.

"Sərxan qəhrəmanlıqla savaşıb. Döyüş yoldaşlarının dediyinə görə, onun şəhid olduğu yerdə ermənilərin yüksək rütbəli zabitlərinin meyitləri tapılıb. Son damla qanınadək vuruşaraq erməni zabitlərini məhv edib. Mən oğlumla fəxr edirəm", - deyə şəhidin atası Osman Mirzəmmədov söyləyib.

Cəsur döyüşçü oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. Sərxan Mirzəmmədov uzun müddət itkin düşmüş sayılırdı. Ölümündən iki ay sonra şəhidin yerini müəyyən etmək mümkün olub. O, boya-başa çatdığı Mirzəmmədkənd kəndində dəfn edilib.

Şəhid anası Bibixanım Mirzəmmədova deyib: "Sərxan yuxuma gəlmişdi. Onun şəhid olduğunu gördüm. Yuxudan ayıldım. Səsimi çıxara bilmədim. Evdən çıxıb bağa getdim. Allah dua edirdim ki, Sərxana bir şey olmasın. Amma yuxum çin çıxdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Sumqayitfakt.Az














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər