Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Qəhrəman kəşfiyyatçı: Ən uğurlu əməliyyatımız Daşaltıdan Şuşaya girəndə oldu

Baxılıb: 3145     Tarix: 30-09-2021 09:39   
Qəhrəman kəşfiyyatçı: Ən uğurlu əməliyyatımız Daşaltıdan Şuşaya girəndə oldu


Vətən müharibəsi başlayandan sona qədər döyüşən, düşmən arxasında fəaliyyət göstərərək onların məhv edilməsində böyük rolu olan kəşfiyyatçılarımızdan biri Rafiq Məmmədovdur. 44 günlük haqq savaşında əldə etdiyimiz Zəfərdə onun da payı var.

Sumqayitfakt.Az xəbər verir ki, Ağstafa rayonunda yaşayan qəhrəmanımız həqiqi hərbi xidmətə 2006-cı ildə çağırılıb və xidmətini davam etdirərək gizir rütbəsi alıb. Erməni dilində kurs keçərək bu dildə danışmağı, yazmağı öyrənib. 2014-cü ildə ehtiyata buraxılsa da, Tovuz döyüşlərindən sonra yenidən hərbi xidmətə qayıdıb.

Sentyabrın 27-də Vətən müharibəsinin ilk günlərində Rafiqin də üzvü olduğu qrup artıq düşmənin dərinliklərinə doğru irəliləmişdi. Kəşfiyyatçı gizir deyir ki, ermənilər bizim ruh yüksəkliyimizdən qorxuya düşürdü. "Döyüşlər başlayanda hər kəs yüksək əhval-ruhiyyədə idi. Heç bir qorxu yox idi. Əksinə, sevinirdik ki, torpaqlarımızı qaytarmaq bizə nəsib olub. Müharibənin davam etdiyi günlərdə Ali Baş Komandanımızın əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirilirdi. Ermənilər ordumuzun qarşısında silahlarını ataraq qaçırdılar. Bizim yaralı əsgərlərimiz isə yaralı olsalar da, irəli getməyə çalışır, qabağa can atırdılar", - deyə Rafiq Məmmədov döyüş günlərini xatırlayır.

Qarabağ müharibəsində iştirak etmək Rafiqin uşaqlıq arzusu olub. O, bu arzusuna çatdı. Kəşfiyyatçımız tabeliyində olan 22 silahdaşı ilə birgə 44 gün düşmən arxasında fəaliyyət göstərib, onlarla mühüm obyektin, bölmələrin yerini təsbit edərək məhv edilməsində əsas pay sahiblərindən olub. Aralarında yaralananlar olsa da, qrup üzvlərinin hamısı sonadək sağ qalmağı bacarıblar. Ən uğurlu əməliyyatlarını isə belə xatırlayır: "Daşaltıdan Şuşaya girəndə ermənilərin minaatan batareyalarının yerini tapdıq. Ən uğurlu əməliyyatımız orada oldu. Düşmən minaatanları bizə imkan vermirdi ki, piyada, yaxud maşın keçsin. Yerlərini müəyyən etdikdən sonra həmin yer məhv edildi. Ondan sonra bizim şəxsi heyət hərəkətə başladı".

Füzulidən Şuşayadək döyüş yolu keçən qəhrəmanımız hər bir Azərbaycan əsgərinin Vətən müharibəsinə böyük ruh yüksəkliyi ilə qatıldığını deyir.

Rafiq Şuşa istiqamətində yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. Müharibənin son gününədək döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşub. Qələbəylə bitən 44 günlük savaşda göstərdiyi igidliklərə görə kəşfiyyatçı gizir "Füzulinin azad olunmasına", "Xocavəndin azad olunmasına" və "Şuşanın azad olunmasına" görə medalları ilə təltif edilib.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər