Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib

Baxılıb: 3124     Tarix: 21-09-2021 18:30   
“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib


Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının dördüncü günü musiqi ifaçılığı sahəsi üzrə yeni nəşrlərə həsr edilmiş tədbirlə başlayıb.

Sumqayitfakt.Az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş yeni nəşrlərin (cəmi 40 məcmuə) təqdimatı baş tutdu. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilçiliyi ilə həyata keçirilib.

Bir neçə il öncə başlanmış bu layihəyə Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Elmira Nəzirova, Oqtay Rəcəbov və digər bəstəkarların fortepiano musiqi əsərlərinin not nəşrləri daxildir. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin fortepiano üçün asanlaşdırılmış köçürməsi, Fikrət Əmirovun “12 miniatür”, “Romantik sonata”, “Variasiyalar”, “İki prelüd”, “İki pyes” kimi miniatür əsərləri, Elmira Nəzirovanın “Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri”, Tofiq Quliyevin “Cəmilənin albomu”, Zakir Bağırovun “Fortepiano üçün əsərləri”, Əşrəf Abbasovun, Vasif Adıgözəlovun, Asya Sultanova, Azər Rzayev, Sərdar Fərəcov və başqalarının seçmə əsərləri işıq üzü görüb.

Azərbaycan Milli Kitabxanasında baş tutan təqdimatda ölkəmizin tanınmış musiqi xadimləri, təhsil müəssisələrinin rəhbər şəxsləri - Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, musiqişünas və professorlar Zemfira Qafarova və Cəmilə Həsənova, Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Asəf Zeynallı adına Musiqi Kollecinin rektoru, professor Nazim Kazımov, xalq artisti Sərdar Fərəcov və başqaları iştirak edib, rəy və təkliflərini, bölüşüblər.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər