Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Şəhid atası: "Ölümündən sonra komandirindən öyrəndim ki, Ağasadiq..." - MÜSAHİBƏ

Baxılıb: 3438     Tarix: 19-07-2021 13:05   
Şəhid atası: "Ölümündən sonra komandirindən öyrəndim ki, Ağasadiq..." - MÜSAHİBƏ
Əməkdaşımız Neftçala rayonu Kürqarabucaq kəndinin sakini, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Ağasadıq Xəlil oğlu Aslanovun atası ilə görüşüb, söhbətləşib.

Sumqayitfakt.Az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə istərdik şəhidimizin həyat yolu haqqında danışasız.

- Ağasadığın həyat yolu 1991-ci il martın 3-də Neftçala rayonunun Kürqarabucaq kəndində başladı. Orta təhsilini doğulduğu kənddə Kürqarabucaq kəndində alıb. Gələcəyin qəhrəmanı öz gələcək yolunu da özü seçdi.

- Şəhidimiz ilk hərbi xidmətini harda keçmişdi?

- Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrıldı. O, rütbə almaq üçün Bakıda N saylı hərbi hissədə 3 ay oxudu. Sonra onu Murova apardılar. Elə o vaxtdan Murov yüksəkliyində xidmət etməyə başladı. Ağasadıq əsgərliyini bitirəndən sonra da istəyirdi orda qalsın, könüllü Vətənə xidmət etsin. Xidmətini bitirdikdən sonra evə gəldi, 3-4 ay burda işlədikdən sonra yenə hərbiyə qayıtmaq qərarına gəldi. Könüllü olaraq 2-3 dəfə imtahan verdi, keçmədi. Hərbçi olmaq oğlumun arzusu idi. Hərbi xidmət zamanı göstərdiyi cəsarət və fəallıq komandirlərin gözündən yayınmadı və onların dəstəyi ilə pilotsuz aparatların (PUA) idarə edilməsi kursuna qəbul oldu. Bunların Hərbi hissə korpusu Qusarda idi. Ordan demişdilər ki, kim istəyirsə imtahanlar test üsulu ilə olacaq. 73 nəfər ayrı-ayrı N saylı hərbi hissələrdən imtahana gəlmişdilər. 73 nəfərdən cəmi 3 nəfər imtahanı qazandı. Sonra israilli mütəxəssislər onlara 6 ay kurs keçdi.

- Şəhidimizi istər yaşıdları, istərsə də digərləri arasında fərqləndirən bir xüsusiyyəti, Vətən sevgisi, şəhid olmaq arzusu var idimi?

- Bu sualı çox verirlər mənə. Ağasadıq vətənpərvər idi. O uşaqlıqdan vətənə bağlı idi. Hər zaman arzusu idi ki, gedib döyüşsün. Hətta bir gün əsgərlərdən biri ondan soruşur ki, Ağa nə yaman gözəlləşmisən. (Ona Ağa deyə müraciət edirdilər) Ağa deyib ki, şəhid olmağa az qalıb da. Həmişə Şəhid olmağa az qalanda insan gözəlləşir. Onun ən böyük arzusu idi şəhid olmaq. Arzusu hasil oldu.

- Şəhidimizlə kim danışırdı? Danışanda vəziyyəti haqqında nə deyirdi?

- Şəhid olmamışdan 10 gün qabaq zəng etmişdi mənə. Mən Kür Xəzərdə idim. Danışdıq, səsi xırıltılı gəlirdi. Soruşdum, hardasan? Dedi, Şirvandayam. Fikirləşdim, müharibənin qızğın vaxtı Şirvanda nə edir. Şübhələndim ki, yaralanıb gətiriblər ora. Şirvana gəlmək istədiyimi bildirdim. Dedi ki, indi gəlmə, bir azdan deyərəm gələrsən. 20 dəqiqə keçəndən sonra zəng etdi ki, gəl. Getdim gördüm, iki nəfər idilər PUA-ları, iti qovanları aparmağa gəlmişdilər. Gətirdim evə 2-3 saat oturdular getdilər. Gedəndən sonra da onunla arada danışırdım. Vaxtı vardı. 10-11 arasında. Ancaq deyirdi yaxşı olacaq. Az qalıb. Qalib gələcəyik.

- Ağasadığın qohum-əqrabaya, ailəsinə və ətrafına münasibəti necə idi?

- Ağasadıq ümumiyyətlə qohumcanlı idi. Bütün qohumlar onu çox istəyirdi. Ölümündən sonra da mən bunun şahidi oldum. Hər kəsə münasibəti yaxşı idi. Kimdən soruşsaz onun haqqında ağız dolusu danışar. Hətta Bakıdan da iş yoldaşları indiyə qədər də 20-30 nəfər gəlib baş çəkirlər. Müəllimləri, sinif yoldaşları tez-tez gəlirlər. Yaxşı olmasaydı gəlməzdilər.

- Şəhidimizin dostları onun ailə üzvlərini axtarırmı?

- Bəli, demək olar ki, hər həftə Ağasadığın dostları bizdə olurlar. Tez-tez maraqlanırlar nə lazımdı, nə edək. Muzeyi tikəndə də dostların çox əziyyətləri oldu. Onların sayəsində muzeyi yarada bildik. Sağ olsunlar onlar bizi tək qoymurlar. Ağasadığın adına açılacaq futbol meydançasının tikintisinə başlamışıq. Dostları gündə ordadılar. Kömək edirlər. Mən evdə olmasam da gəlirlər qardaşıyla otururlar, söhbətləşirlər. Mən oğlumun dostlarından çox razıyam.

- Təbii ki, məxfilik hərbçimizin əsas iş prinsipi idi. Amma elə bir itkisi, acısı olmuşdu ki, sizinlə bölüşsün?

- Yox! Ondan söz almaq çox çətin idi. Ümumiyyətlə, o, öz problemlərini, başına gələn hər hansı bir hadisəni danışmağı sevmirdi. Ölümündən sonra komandirindən öyrəndim. Komandir danışırdı ki, bir dəfə mühasirəyə düşmüşdük. Əsgərlərimə əmr etdim ki, siz gedin. Mən yol bilirəm çıxacam. Əsgərlərin hamısı əmrə tabe olub getdilər. Amma Ağasadıq getmədi. Nə qədər etiraz etsəm də getmədi. Dedi ki, sonacan mən sizinləyəm komandir. Şəhid olsaq da birlikdə şəhid olacağıq. Komandir hər dəfə ondan danışanda çox kövrəlir. Baxın, bu hadisəni mən oğlumdan yox, komandirindən eşitdim. O bizə heçnə demirdi.

- İkinci Qarabağ müharibəsinə gedəndə sizə bildirmişdi?

- Tez-tez maraqlanırdım ki, oğul, sizi də aparırlar? Çox narahat idik. Nə qədər soruşurdumsa da, o mənə demirdi döyüş bölgəsinə gedəcəklərini. Elə deyirdi ata biz müharibəyə getsək də arxada olacıyıq. O deyirdi ki, bizi aparmayacaqlar. Biz hədəfdən 30 kilometr aralıda olmalıyıq. Amma axırıncı dəfə Şuşada onların arası heç 1 kilometr belə olmayıb. Minamyotla vurmuşdular bunları.

- Şəhidimiz Ağasadıq hansı şəraitdə şəhid oldu? Şəhid olması barədə sizə kim xəbər verdi?

- Deməli, belə olub. PUA-nın birin qaldırandan sonra komandiri deyib ki, gözləyək ola bilsin bizim yerimizi bilərlər, ikincini qaldırmayaq. Bunların vəziyyəti çətin idi. Yerlərin tez-tez tapırdılar. Komandir nə qədər deyib gözləyək, Ağasadıq deyib ikincini də vuraq sonra. Kabinadan çıxandan sonra 100 metrə aralanıbmış ki, ki minaya düşüb. Düşməyi ilə də torpaq göyə sovrulub.. Toz- torpaq çəkiləndən sonra görüblər ki, Ağa uzanıb yerə. Tez götürüblər. Əynində bronjlet olub. Bronjletin aşağı hissəsi açıq olub. Qəlpələr atdan tutmuşdu. Bir də ayağından yaralanmışdı. Yarası o qədər də ağır deyildi. Onu ordan aparanda vəziyyəti yaxşı idi, danışırdı. Komandir deyirdi ki, elə ki ordan qalxdıq ərazini atəşə tutdular. Yaxşı ki, tez çıxdıq ordan. Ağasadıq düz Füzuliyə qədər komandirlə danışıb. Bakıya gələcəkdilər. Birdən-birə halı pisləşir. İç qanaxmasından şəhid olur. Oğlum 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı demək olar ki, bütün torpaqların azadlığı uğrunda, əsasən də Xocavəndin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağasadıq düz 42 gün dayanmadan döyüşüb. 3 nəfərə 160 obyekti vurublar. Noyabrın 7-si Şuşa döyüşlərində yaralanaraq şəhid olub. Komandiri zəng edib Ağasadığın Şuşa döyüşləri zamanı şəhid olduğunu bildirdi. Noyabrın 8-i Ağasadığın üç rəngli bayrağı ilə sarılmış nəşini Füzulidən gətirdim. Öz doğulduğu Neftçala rayonunda Kürqarabucaq kəndində dəfn etdik.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa şəhərini işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

- Bir Şəhid atası kimi Şəhid ailələrinə nə demək istəyərdiz?

- Hər birinin acısını çox yaxşı anlayıram. Onların acısını sözlə ifadə etmək mümkünsüzdür. Allah bütün Şəhid ailələrinə səbr versin! Övladlarımızı Vətən üçün böyütmüşük. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun!

- Hörmətli Xəlil bəy, söhbət üçün sizə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Ruhları qarşısında baş əyirik. Nə qədər ki, bizlər varıq bütün şəhidlər qəlbimizdə yaşayacaqdır!

- Siz sağ olun ki, hər zaman biz Şəhid ailələrinin yanındasız. Vətən uğrunda canından keçən şəhidlərimizi yad edir, hörmətlə anırsız. İnşaAllah Ağasadığın adına futbol meydançasının açlışına sizi də dəvət edəcəm.

- Böyük məmuniyyətlə, Şəhidimiz Ağasadığın adını daşıyacaq futbol meydançasının açlışında iştirak edəcəm. Çox sağ olun, var olun.

Söhbətləşdi: Vüsal Ağa
Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər