Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar - Başçıdan narazılıq - ŞƏKİLLƏR

Baxılıb: 3115     Tarix: 31-05-2021 11:56   
Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar - Başçıdan narazılıq - ŞƏKİLLƏR

Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub.


Sumqayitfakt.Az bildirir ki, bu barədə unikal.org-a 30-dan çox sakin müraciət edib. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciətlər etsələr də, heç bir nəticə verməyib. Belə ki, Şıxəli Qurbanov küçəsi 38 ünvanındakı sözügedən özbaşınalığa göz yumulmasının səbəbi bu tikintini həyata keçirən şəxsin vəzifəsindən sui-istifadə etməsidir. Qanunsuz tikintini həyata keçirən şəxs Cəlilova Gülzar Hüseyn qızıdır.

Onu da qeyd edək ki, prosesdə rayonun hazırda baş memarı vəzifəsini icra edən Şahin Bayramov və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rəşad Qubatov da iştirak edir. Sözügedən tikinti ilə bağlı hazırlanan plan, eskiz və digər icazə sənədlərində Şahin Bayramovun imzaları var.


Şahin Bayramov

Məsələ ondadır ki, həmin ərazidə eni və uzunluğu 10x12, hündürlüyü də 12 metri keçməmək şərtiylə yaşayış evi üçün icazə verilib. Bununla bağlı icra başçısı İradə Gülməmmədovanın imzaladığı sərəncam da var.

Lakin yerli icra hakimiyyəti ilə hər hansı bir formada anlaşaraq, qanunsuz olaraq çoxmənzilli apartman binası tikmək istəyirlər. Artıq binanın bünövrəsi də qazılıb. Bu da ərazidə yaşayanları narazı salıb.

Bu səbəbdən də sakinlər qanunsuz tikintinin dayandırılmayacağı təqdirdə Bakı-Sumqayıt magistral yolunu bağlayacaqlarını, daha sonra Prezident Administrasiyası önündə etiraz aksiyası keçirmək qərarındarırlar.

Xatırladaq ki, bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər