Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Azay Quliyev: “QHT Şurası sadəcə donor deyil, həm də....”

Baxılıb: 4616     Tarix: 25-12-2015 23:07   
Azay Quliyev: “QHT Şurası sadəcə donor deyil, həm də....”

Şura Katibliyinin müşavirəsində 2015-ci ildə icra olunan layihələrin vəziyyəti qənatəbəxş sayılıb


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib.

İclasda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu bildirib. Şura sədri yerli və beynəlxalq layihələrin icra vəziyyəti, ictimaiyyətlə əlaqələrin qurulması, layihə və hesabatların elektron formada qəbulu və digər sahələrdə uğurlu nəticələrin əldə edildiyini deyib: “Şura sadəcə donor deyil, QHT-lərin hərtərəfli inkişafı üçün məqsədyönlü siyasət həyata keçirən dövlət qurumudur”.

QHT-lərin müqavilə öhdəliklərinə əməl olunması ilə bağlı məsuliyyətlərinin artırılmasının vacibliyini bildirən Azay Quliyev dövlət vəsaitindən maksimum dərəcədə səmərəli və qənaətlə istifadə edilməsinin Şuranın fəaliyyətinin dəyişilməz istiqaməti olduğunu vurğulayıb.
Katibliyin fəaliyyəti haqqında geniş hesabatla çıxış edən icraçı direktor Fərasət Qurbanov Şuranın 2015-ci ildə 520 yerli və xarici QHT-nin layihəsini dəstəklədiyini, keçirilən təlim, seminar və konfranslarda ümumilikdə 72 min şəxsin iştirak etdiyini qeyd edib.
Fərasət Qurbanov 2015-ci ildə QHT-lərin bilik və bacarıqlarının, təcrübələrinin artırılması üçün “Layihə hazırlığı”, “Monitorinq və qiymətləndirmə”, “İctimai problemlərin müəyyən olunması mexanizmləri” və digər mövzularda paytaxtda və regionlarda fəaliyyət göstərən QHT-lər üçün çoxsaylı təlimlərin keçirildiyini deyib. Hazırda Bakı və Qazaxda bu cür təlimlərin davam etdirildiyini deyən F. Qurbanov həmçinin, cari ildə 300-dən artıq QHT-yə illik maliyyə hesabatlarının hazırlanması ilə bağlı praktik yardımların göstərildiyini bildirib.
Müşavirədə Şuranın baş mühasibi Emin Məmmədov, hüquqşünas Rauf Məcidbəyli, mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, baş məsləhətçi Xanım Cəbrayılova və digər şəxslər 2015-ci ildə müvafiq sahələr üzrə görülmüş işlərlə bağlı hesabatla çıxış ediblər.
İclasın yekununa Şura sədri Azay Quliyev QHT layihələrinin icrasının səmərəliliyinin artırılması, audiovizual və çap məhsullarına nəzarətin gücləndirilməsi, sərgilərin keçirilməsi və digər məsələlər ilə bağlı Katiblik əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.
(musavat.com)



Azay Quliyev: “QHT Şurası sadəcə donor deyil, həm də....”


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər