Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib - FOTOLAR

Baxılıb: 257     Tarix: 24-09-2018 15:43   
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib


Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir.

Məşqin keçirilməsində məqsəd, baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza xilas etmə və yanğınsöndürmə qüvvələrinin hadisələrin qarşısının alınmasına cəlb olunması, rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olmuşdur.

Məşqin keçirilməsinə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, “Azərikimiya” İB-nin təmir tikinti idarəsinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur.

Məşq zamanı şərti olaraq baş vermiş fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyyəsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət əyani nümayış etdirilmişdir.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılmış, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunmuşdur.








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər