Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Qəfil vəfat edən yüksək vəzifəli şəxslə bağlı AÇIQLAMA

Baxılıb: 2162     Tarix: 17-09-2018 12:50   

“Azərenerji” ASC qurumun vitse prezidenti Marlen Əsgərovun qəfil vəfat etməsi ilə bağlı məlumat yayıb. Sumqayitfakt.Az xəbər verir ki, tanınmış energetikin ürək çatışmazlığından vəfat etdiyi açıqlanıb: “Azərbaycan energetikasına ağır itki üz vermişdir. Təcrübəli energetik, "Azərenerji" ASC-nin Marlen Əsgərov 2018-ci il sentyabr ayının 16-da ürək çatışmazlığından vəfat etmişdir.

Marlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olmuşdur.

1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnmişdir.

1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlamışdır. 1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 2005-ci ildən ömrünün sonunadək “Azərenerji” ASC-nin vitse-prezidenti olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir”.

Allah rəhmət eləsin.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər