Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

“Xosrov bəy Sultanov kimi xeyli cümhuriyyətçinin məzarı haqda özəl bilgilərim var” - Nəsiman Yaqublu

Baxılıb: 31 479     Tarix: 22-02-2016 15:11   


“Mən Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy oğlu Sultanovun məzarının Türkiyədə olduğunu çoxdan bilirəm və bu məlumatı özümdə saxlamışdım. Mətbuata da bu barədə heç bir açıqlama verməmişəm”.
“Xosrov bəy Sultanov kimi xeyli cümhuriyyətçinin məzarı haqda özəl bilgilərim var”

Sumqayıtfakt.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırıcısı Nəsiman Yaqublu Xosrov Sultanovun məzarı ilə bağlı bəzi KİV-lərdə və sosial şəbəkərlərdə yayıılan xəbərə münasibət bildirərkən deyib.

N.Yaqublunun sözlərinə görə, onda Azərbaycan Xalq Cümhuriyyətinin mühacir həyatı yaşamağa məcbur olmuş xeyli üzvünün qəbirləri haqqında indiyədək açıqlamadığı çoxlu bilgilər var.

“Mən Fransada yaşamış mühacir azərbaycanlıların məzarlarına dair məlumatları araşdırmışam. 13-ə qədər şəxs haqqında bilgilərim var. Onları zaman-zaman mətbuata verəcəm. Bu gün həmin şəxslərin məzarlarının tapılması məsələsinə sadəcə olaraq bir nəfərin timsalında yanaşmaq olmaz . Çünki Türkiyədəki məzarlıqlarda Azərbaycanın çoxlu sayda Cümhuriyyət nümayəndəsinin qəbirləri var”.

N.Yaqublu deyir ki, o, hələ keçmiş SSRİ zamanından, 1989-cu ildən Türkiyəyə gedib-gəlir.

“Mən şəxsən Türkiyədə Feriköy məzarlığında Xosrov Paşa bəy Sultanovun qəbrini görməmişdim. Amma eşitmişdim ki, orada siyasi mühacir həyatı yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin vəfat edən nümayəndələrinin, tanınmış ziyalıların qəbirləri var. Həmçinin ilk hərbi nazir olmuş Xosrov Paşa bəy Sultanovun da qəbrinin Türkiyədə olduğunu bilirdim. Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı olan mərhum Məhəmməd Kəngərli və Əhməd Qaraca bu barədə mənə danışmışdılar. Həmçinin Cəmil Ünal bu barədə mənə məlumat vermişdi. Cəmil Ünal bu gün həyatdadır, yaşayır. Xosrov Paşa Bəy Sultanovun qardaşı Sultan Bəy Sultanov (əslən Laçın rayonundandır) Türkiyəyə mühacir edərək, Bursada yaşayıb və orada da rəhmətə gedib.
Mirzə Bala Məmmədzadənin əzarı İstanbulda diqqətsiz şəkildə qalmaqdadır.

Bu məsələni dövlət strukturları ciddi şəkildə araşdırmalıdır. AMEA-nın Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi bu işlərlə məşğul olmalıdırlar. Almaniyada və İtaliyada da II Dünya Müharibəsi zamanı legioner həyatı yaşamış inşalarımızın məzarları var. Onlar da araşdırılıb, ortalığa çıxarılmalıdır. Bu gün sözügedıən məsələ bizim üçün tarixi bir problem olaraq qalmaqdadır. Bu insanların məzarını taparaq, qoruyub saxlamaq və ölkəyə gətirmək bizim borcumuzdur. Tarixçilər bu işlərə yüksək səviyyədə cəlb olunmalıdırlar.

Bu günə qədər bizim bu sahədə gördüyümüz işlər məncə çox böyük fədakarlıqdır. Ola bilsin ki, sabah bu barədə yeni məlumatlar da ortaya çıxa bilər”.

“Xosrov bəy Sultanov kimi xeyli cümhuriyyətçinin məzarı haqda özəl bilgilərim var”


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər