Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

"Ağ xalatlı həkim qız, ay gözləri bənövşə..."

Baxılıb: 4969     Tarix: 29-06-2018 10:26   
"Ağ xalatlı həkim qız, ay gözləri bənövşə..."

Şəfalı əllər, ümidverici təbəssüm, dəniz gözlər...Ağ xalatlı həkim qız, ay gözləri bənövşə...Doğrudan da, onun masmavi, bənövşə gözləri var. Çöhrəsindən,təbəssümündən ümid ,həyat,işıq süzülür. Əyninə geydiyi ağ xalat məramından, qəlbinin saflığından rəng alıb sanki. Hər gün onlarla körpəni müalicə edib onlara sağlamlıq bəxş edir. Onun əlləri şəfalıdır. Düzgün diaqnoz qoyur,düzgün müalicə tətbiq edir. Hər xəstə uşağa fərdi yanaşır. Yorulmadan, bezmədən onların müalıcısini aparır. Yanına hər gün onlarla xəstə uşaq gətirilir. Birinin yüksək hərarəti olur, o biri zahərlənib, digəri öskurur... Həyəcanlı, təşviş və qorxu dolu valideynlər ağ xalatlı bi həkim qıza ümid, inam dolu gözlərlə baxır, ondan kömək gözləyirlər. O isə bütün savadını, bacarığını, qayğısını sərf edərək xəstələrini sağaldır, sağlam halda evlərinə yola salır. Qəhrəmanım Sumqayit Şəhər Uşaq Xəstəxanasının həkimi Günay Ələsgər qızı İsgəndərovadır. Artıq neçə ildir ki, doktor Günay və ya Günay həkim körpələrimizin sağlamlığının keşiyində durub. Bu illər ərzində o,neçə-neçə körpəni Allahın köməyi və öz savadı, qayğısı ilə yenidən həyata qaytarıb.
Günay həkim savadlı, peşəkar olmaqla yanaşı, həm də mehriban və qayğıkeşdir. Onun isti sözləri, xəstələrə qarşı münasıbəti də müalicəyə müsbət təsir göstərir. Xəstə həkiminə inandığı üçün müalıcənin effekti birə-on artır. Bəzən deyirlər ki, bizdə həkimlər xaricilərə çata bilməz. Belə deyənlərə mən bir vətəndaş, bir valideyn, bir insan kimi Günay həkimi nümunə göstərirəm. Nə yaxşı ki varsınız,Günay həkim! Nə yaxşı ki körpələrıımızin sağlamlığı sizin kimi savadlı və peşəkar həkimin əlindədir.

Səyyarə Şükürova

Sumqayitfakt.Az


Müəllif: lamiye
Tarix: 30 iyun 2018 23:07
Gunay hekim super
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər