Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

“İslam həmrəyliyi və mili dəyərlərimiz” mövzunda tədbir keçirilib -Fotolar

Baxılıb: 2806     Tarix: 29-10-2017 23:30   
“İslam həmrəyliyi və mili dəyərlərimiz” mövzunda tədbir keçirilib


“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi tərəfindən İslam həmrəyliyi və mili dəyərlərimiz” mövzunda Nizami Gəncəvi adına Xankəndi 4 saylı tam orta məktəbdə tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Məktəbin direktoru Nazim Xudiyev bildirib ki, məktəbin əsası 1945-ci ildə qoyulub, 1988-ci Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar fəaliyyətini dayandırıb.

O, 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, məktəbin fəaliyyətini bərpa etdiyini diqqətə çatdırıb. Nazim Xudiyev çıxışında məktəbin tarixinə nəzər salıb, keçdiyi yoldan danışıb. O, məktəbin Azərbaycanın ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etdiyini deyərək, məktəbin 100-dən çox məzununun Dağlıq Qarabağ müharibəsində şəhid olduğunu bildirib.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki,

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Ölkəmizdə möhtəşəm IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Təşkilat rəhbəri bildirib ki, həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışında islam həmrəyli və vətənpərvərli ilə bağlı fikirlərini bildirərək şagirdləri tədris prosesində uğurlar arzulayıb.

Məktəbin direktor müavini Cəmilə Əhmədova çıxışında bu kimi tədbirlərin keçirilməsinin şagirdlərin ictimai fəallığına xidmət etdiyini, bu kimi layihələ dəstək verən dövlət qurumlarına minnətdarlığını bildirib.

Sonra tədbir diskussiyalarla davam edib.

Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib.

Nəsimi Qarabağlı

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri”
İctimai Birliyinin (DAVİB) prezidenti,
Müharibə veteranı


















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər