Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib -FOTOLAR

Baxılıb: 2957     Tarix: 28-10-2017 20:24   
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib

Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanan “Gənc ixtiraçı və səmərələşdirici mərkəz” layihəsinin təqdimatı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, məktəbin direktoru Adil Kərimov layihənin məzmunu haqqında iştirakçılara məlumat verərək bildirib ki, belə bir layihənin məhz məktəbimizdə icra edilməsi şagirdlərimizin intellektual, yaradıcı, natiqlik və bu kimi digər bilik və bacarıqlarının aşkara çıxarılmasında, həmçinin onların gələcəkdə ixtisaslı kadr olaraq yetişməsində böyük rol oynayacaq.

Direktor sentyabr ayında ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin gələcək inkişafı ilə bağlı bir sıra vacib müddəların öz əksini tapdığını bildirib. Adil Kərimov həmçinin Dövlət proqramında gənclərlə bağlı bir neçə yeni istiqamətlərin də əlavə edildiyini və bu gün təqdim edilən layihənin də məhz bu sahəyə xüsusi tövhə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən Mingəçevir Gənclər Evi Sosial Xidmət müəssisəninin nümayəndəsi Kamal Əhmədovun sözlərinə görə layihənin həyata keçirilməsi nəticəsində şagirdlərdə bir sıra innovativ bilik və bacarıqlar formalaşacaq ki, bu da onların gələcək təhsil və karyeralarında yardımçı olacaq. Şagirdlər üçün belə bir layihədə iştirak etmək onları təhsil həyatlarında eyni zamanda, ictimai sferada öz həmyaşlarından fərqləndirəcək.

Layihənin tərəfdaşı qismində çıxış edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Rəşad Qurbanov layihənin tətbiqindən gözlənilən nəticələr haqqında məlumat verib. Həmçinin şagirdlərdə erkən yaşlarında natiqlik, liderlik və bu kimi digər bacarıqların formalaşdırılmasında layihənin önəmini vurğulayıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran sual və təkliflər səslənib. Məktəblilərin istəklərinə uyğun olaraq layihəyə bir neçə yeni istiqamət əlavə edilib.

Ləman Bəylərova

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər