Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

“Region gənclərinin intellekt akademiyası” adlı layihəyə start verilib -Fotolar

Baxılıb: 2894     Tarix: 24-10-2017 12:12   


İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə təsdiq edilən gənclərin inkişafı üzrə istiqamətlərə uyğun olaraq region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov layihənin məhz Gənclər Evində keçirilməsindən məmnun olduğunu bildirib. O, bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığı və mütəmadi olaraq bu tipli tədbirlərin təşkil edildiyini vurğulayıb. Direktor daha sonra finala gedən yolda iştirakçılara uğurlar arzulayıb.

İlk iki yarış günündə Mingəçevir Dövlət Universitetində təhsil alan tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla öncə “Nə? Harada? Nə zaman?” (NHN), daha sonra isə xəmsə intellektual yarışında özlərini sınayıblar.

Gərgin keçən yarışların nəticəsi olaraq universitetin 16 komandasından “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

Layihənin davamı olaraq, növbəti turlar oktyabrın 28 və 29-da Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, həmçinin 4 noyabrda isə müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcək.

Yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində, şəhər ictimaiətinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Ləman Bəylərova

Sumqayitfakt.Az













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər